Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/P.Diddi əfv olunmasını Trampdan xahiş edib
DÜNYA

P.Diddi əfv olunmasını Trampdan xahiş edib

07 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp amerikalı repçi və prodüser P.Diddinin (əsl adı – Şon Kombs) dörd ildən çox həbs cəzasına məhkum olunduqdan sonra ondan əfv istədiyini təsdiqləyib.

Paraqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bir çox insan məndən əfv istəyib. Mən onu Paff Deddi (Kombsun yaradıcı təxəllüslərindən biri – red.) adlandırıram, o məndən onu əfv etməyimi istəyib”, – deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.

Prezident təfərrüatı açıqlamayıb, xüsusilə də, musiqiçini əfv etməyə hazır olub-olmadığını dəqiqləşdirməyib. Qeyd olunur ki, əfv haqqında xahişi Trampa Kombsun yaxın tanışı çatdırıb və o bu məsələni prezidentə birbaşa çıxışı olan Ağ Ev əməkdaşı ilə müzakirə edib. Söhbət keçən həftə, hökm elan olunduqdan dərhal sonra baş tutub.

Xatırladaq ki, oktyabrın 3-də Nyu-York məhkəməsi Kombsu cinsi istismarla məşğul olmaq üçün insanların daşınmasına görə dörd ildən çox həbs cəzasına məhkum edib. Kombsun müdafiəçiləri 14 aylıq həbs müddəti xahiş edib, prokurorluq isə 11 ildən çox azadlıqdan məhrumetmə cəzasında təkid edib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ Prokurorluğu respublikaçı senatorların telefon danışıqlarını dinləyirmiş

Next

Daşınmaz əmlaka görə 22,6 milyon manat ƏDV qaytarılıb

Copyright 2026— Praqraf.com. All rights reserved