Azərbaycan mediasının aparıcı qurumlarından biri olan “Xəzər” Televiziyası fəaliyyətə başlamasından etibarən cəmiyyətin informasiya məkanında mühüm rol oynayır. Yaradıcı komandası ilə daim tamaşaçı sevgisini qazanmağı bacaran “Xəzər” TV bu gün özünün 18-ci ildönümünü qeyd edir.
Paraqraf.com olaraq, başda televiziya kanalının baş direktoru Murad Dadaşov olmaqla, bütün kollektivini səmimi-qəlbdən təbrik edirik. Onlara bu çox vacib və məsuliyyətli missiyalarında davamlı uğurlar arzulayırıq.
Əminik ki, “Xəzər” TV bundan sonra da tamaşaçılara maraqlı layihələr təqdim edəcək, ictimai dəyərlərin təbliğində və keyfiyyətli media məhsullarının ərsəyə gəlməsində özünəməxsus rolunu davam etdirəcək.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
