Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/III Dünya müharibəsi baş verə bilərmi? – Politoloqdan açıqlama
MANŞETÖZƏL

III Dünya müharibəsi baş verə bilərmi? – Politoloqdan açıqlama

06 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Trampın III Dünya müharibəsi başlayacağı halda sığınacağı yer müəyyən edilib. “The Sun” nəşrinin məlumatına görə, Tramp mümkün müharibə zamanı Kolorado ştatındakı gizli yeraltı şəhərdə gizlənə bilər.

Məsələ ilə bağlı politoloq Züriyə Qarayeva Paraqraf.com-a açıqlama verib. O bildirib ki, bu məlumatlar dünya siyasətində gərginliyin nə qədər artdığını göstərir:

“Son aylarda beynəlxalq münasibətlərdə hərbi ritorikanın güclənməsi, enerji böhranı, regional toqquşmalar və silahlanma yarışının artması beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır. Amma III Dünya müharibəsinin baş verməsi hələ real deyil. Çünki böyük dövlətlər arasında birbaşa toqquşma olarsa, nəticələr bəşəriyyət üçün fəlakətli ola bilər”.

Politoloq əlavə edib ki, Trampın Venesuela ilə müharibə ehtimalı isə ayrıca məsələdir:

“ABŞ uzun illərdir Venesuelada rejim dəyişikliyi və enerji resurslarına nəzarət məsələsini gündəmdə saxlayır. Əgər hərbi əməliyyat başlasa, bu, Latın Amerikasında güc balansını dəyişə və region ölkələrinin ABŞ-yə münasibətini kəskinləşdirə bilər. Bundan başqa, bu addım Rusiya və Çin kimi dövlətlərin maraqlarına da toxunar, çünki hər iki ölkə Venesuela ilə sıx əməkdaşlıq edir. Belə olan halda, lokal münaqişə beynəlxalq səviyyəyə keçə bilər”.

Züriyə Qarayeva bildirib ki, yaxın vaxtlarda III Dünya müharibəsi ehtimalı azdır, amma risklər artır:

“Bu gün dünya çoxqütblü formaya keçib və gərginlik hər an böyüyə bilər. Hər bir regional qarşıdurma qlobal təsir doğura biləcək vəziyyətdədir. Trampın sərt ritorikası və ABŞ-nin son addımları isə bu riskləri daha da artırır”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Xəzər” TV-nin 18 yaşı tamam olur

Next

61 il əvvəl bu gün “Kosmos 47” peyki orbitə buraxıldı – Vosxod missiyası üçün önəmli sınaq

Copyright 2026— Praqraf.com. All rights reserved