Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 6
  • Hakan Fidan: TDT-nin koordinasiyalı fəaliyyəti bizi böhranlara qarşı daha dayanıqlı edir

Hakan Fidan: TDT-nin koordinasiyalı fəaliyyəti bizi böhranlara qarşı daha dayanıqlı edir

admin 06 Oktyabr 2025 3 minutes read
hakan_fidan_060923
PAYLAŞIN:

Bu gün baş verən böyük geostrateji dəyişikliklər bütün yerlərə təsir etdiyi kimi, Türk dünyasına da təsir edir. Lakin Türk Dövlətləri Təşkilatının (TDT) artan institusionallaşması, daha koordinasiyalı fəaliyyəti bizi bu böhranlara qarşı daha dayanıqlı edir. Bu, hamımızın birlikdə inkişaf etdirdiyimiz korporativ münasibətdir. Digər tərəfdən, Türk dünyası dövlətlərinin iqtisadiyyatını, infrastrukturunu, texnologiyasını, müdafiə potensialını, əsas xidmətlərini inkişaf etdirməsi və sənaye infrastrukturunu daha da yaxşılaşdırması, əslində, hər bir dövləti daha da gücləndirir.

Paraqraf.com xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan media nümayəndələrinə müsahibəsində deyib.

O qeyd edib ki, hər güclü dövlət birlikləri inkişaf etdikdə daha güclü təşkilat yaranır. “Ona görə də ümid edirəm ki, biz gələcəkdə dünya böhranlarına daha dayanıqlı olan Türk dünyası ilə qarşılaşacağıq. Liderlərimiz bu məsələni sabah Qəbələdə müzakirə edəcəklər. TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün Azərbaycanın Qəbələ şəhərində keçirilməsi isə olduqca qürurvericidir. Çünki Türk dünyasının belə gözəl şəhərini liderlərə təqdim etmək və onları burada qonaq etmək çox xoşdur”, – deyə Türkiyənin xarici işlər naziri vurğulayıb.

Hakan Fidan hazırda Türkiyənin xarici siyasətinin əsasını regionda sabitlik yaratmaq təşkil etməsinə də diqqət çəkib. “Sabitliyin yaradılması üçün bir neçə şərt var. Birincisi, müharibələri və münaqişələri mümkün qədər sakitləşdirmək və ya sona çatdırmaqdır. İkincisi, iqtisadi əməkdaşlığı bərabər əsasda inkişaf etdirməkdir. Bunların nəticəsində hər kəs firavanlıqdan faydalana biləcək. Üçüncüsü, münasibətləri və regional strukturları institusionallaşdırmaq və onları daha da canlandırmaqdır. Bu perspektivlə bölgəmizdə işləyirik. Bu isə hər zaman Türk dünyası ilə münasibətlərimizdə və birgə regional işimizdə müşahidə olunur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü xarici siyasət perspektivi və Türkiyənin göstərdiyi səylər məhz bu istiqamətə yönəlib. Beləliklə, biz regionda sabitliyi təmin etmək üçün Türkiyənin regional gücündən, nüfuzundan və liderliyindən istifadə edirik”,-deyə Hakan Fidan əlavə edib.

 

Paraqraf.com

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: TƏBİB-in əməkdaşı bıçaqlandı, reanimasiyaya yerləşdirildi
Next: Buna görə konsert vermir

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.