Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 5
  • BDM-in təşəbbüsü ilə Çexiyada keçiriləcək “Qərbi Azərbaycanlıların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi” layihəsinə hazırlıq məqsədilə dəyirmi masa təşkil olunub

BDM-in təşəbbüsü ilə Çexiyada keçiriləcək “Qərbi Azərbaycanlıların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi” layihəsinə hazırlıq məqsədilə dəyirmi masa təşkil olunub

admin 05 Oktyabr 2025 5 minutes read
WhatsApp-Image-2025-10-03-at-17.01.23
PAYLAŞIN:

03 oktyabr 2025-ci il tarixində Beynəlxalq Diaspora Mərkəzinin (BDM) ofisində, BDM-in təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Çexiyada keçiriləcək «Qaçqınların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi» adlı tədbirə hazırlıq məqsədilə dəyirmi masa təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev iştirakçıları şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi. Daha sonra Ağayev BDM-in Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Çexiyada həyata keçiriləcək «Qaçqınların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi» adlı layihəsi barədə iştirakçılara ətraflı məlumat verdi. O, həmçinin BDM-in indiyədək gördüyü işlər və təşkil etdiyi tədbirlər barədə geniş çıxış etdi.

Sonra söz Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadəyə verildi. İradə xanım çıxışında qərbi azərbaycanlıların tarixi taleyinə toxunaraq bildirdi ki, onların ata-baba yurdlarından deportasiya olunması xalqımızın yaddaşında silinməz izlər buraxıb. O qeyd etdi ki, əsrlər boyu Zəngəzur, Göyçə, İrəvan və digər bölgələrdə yaşayan azərbaycanlıların öz torpaqlarına dönüşü təkcə humanitar məsələ deyil, həm də tarixi ədalətin bərpasıdır. İradə Rizazadə layihənin bu baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayaraq, beynəlxalq təcrübənin öyrənilməsinin repatriasiya prosesinə mühüm töhfə verəcəyini qeyd etdi. O, həmçinin Beynəlxalq Diaspora Mərkəzinin bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirərək inamla bildirdi ki, bu layihə də layiqincə həyata keçiriləcəkdir.

Daha sonra söz Beynəlxalq Diaspora Mərkəzinin Aparat rəhbəri, Dr. Ceyhun Şakiroğluna verildi. O, çıxışında layihənin elmi-nəzəri əsaslarına toxunaraq repatriasiya prosesində beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğuladı. Dr. Ceyhun Şakiroğlu qeyd etdi ki, qərbi azərbaycanlıların öz doğma torpaqlarına dönüşü həm tarixi ədalətin bərpası, həm də milli birliyin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. O, BDM-in bu istiqamətdə apardığı işlərin davamlı olacağını və yeni layihələrlə daha geniş miqyasda həyata keçiriləcəyini diqqətə çatdırdı.

Ardınca Deportasiya Qurbanları İctimai Birliyinin sədri Köçəri Nağıbəyli çıxış edərək qərbi azərbaycanlıların zorla doğma yurdlarından didərgin salınmasının xalqımızın tarixi yaddaşında ağır bir faciə olduğunu vurğuladı. O qeyd etdi ki, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və repatriasiya prosesinin ədalətli şəkildə həyata keçirilməsi üçün birgə səylər vacibdir.

Turan Birliyi İctimai Birliyinin icraçı direktoru Bəxtiyar Rzayev çıxışında türk dünyasının həmrəyliyinin və qarşılıqlı dəstəyinin qərbi azərbaycanlıların haqq işində mühüm rol oynadığını qeyd etdi. O, bu cür layihələrin milli həmrəyliyin güclənməsinə və tarixi ədalətin bərpasına xidmət etdiyini vurğuladı.

Ardınca Yeni Baxış İctimai Nəzarət Birliyinin sədri Şahvələd Əsgərova söz verildi. O, çıxışında ictimai təşkilatların repatriasiya məsələsində üzərinə düşən məsuliyyətlərdən danışaraq, bu prosesdə ictimai nəzarətin gücləndirilməsinin vacibliyini qeyd etdi. Şahvələd Əsgərov bildirdi ki, qərbi azərbaycanlıların tarixi torpaqlarına dönüşü ilə bağlı aparılan işlərin şəffaf və ardıcıl şəkildə həyata keçirilməsi xalqın inamını möhkəmləndirəcəkdir. O, həmçinin BDM-in bu sahədə gördüyü işləri yüksək qiymətləndirərək, vətəndaş cəmiyyəti institutlarının bu təşəbbüslərə dəstəyinin vacibliyini vurğuladı. Bu baxımdan, belə tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini xüsusi qeyd etdi.

Daha sonra söz Türk Turan Birliyi İctimai Birliyinin sədri Qızbəz Şirinovaya verildi. O, çıxışında qadınların milli məsələlərdə fəal iştirakının və tarixi yaddaşın qorunmasının önəmini qeyd etdi. Həmin birliyin Qadınlar Şurasının sədri Zəkiyyə Həziyeva isə layihənin ictimai nəzarət və qadınların fəallığı baxımından əhəmiyyətini vurğuladı.

Tədbirin sonunda Beynəlxalq Diaspora Mərkəzinin layihə çərçivəsində hazırladığı sərgiyə baxış keçirildi və xatirə şəkli çəkildi.

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Müəllimlər gününüz mübarək, şəhid müəllimlər….
Next: “Qəbələ” “Şamaxı”ya məğlub oldu

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.