Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Qarabağ Universitetində Anım Gününə həsr olunmuş ‘Zəfər zəngi’ filmi təqdim olundu
CƏMİYYƏT

Qarabağ Universitetində Anım Gününə həsr olunmuş ‘Zəfər zəngi’ filmi təqdim olundu

04 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Əmək və Sosial Münasibətlər Akademiyasının nümayəndələri Qarabağ Universitetində tədbirdə iştirak ediblər.

27 Sentyabr – Anım Günü ilə əlaqədar Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Zəfər zəngi” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Tədbirdə Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin Həmkarlar İttifaqının rəhbərliyi və əməkdaşları, şəhərdə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri, qazilər, şəhid ailələrinin üzvləri, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Tədbirə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasının prorektoru Xəyalə Məmmədova və mütəxəssisi Pərvanə Xıdırova da dəvət olunub.

Öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filmin ssenari müəllifi, əməkdar jurnalist Afət Telmanqızı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, əsgər və zabitlərimizin 44 günlük zəfər yolundan, xalqımızın sarsılmaz birliyindən danışıb, filmin işğaldan azad edilən Xankəndi şəhərində nümayiş etdirilməsinin xüsusi qürur və rəmzi məna daşıdığını bildirib.

Sonra iştirakçılar “Zəfər zəngi” sənədli filminə baxıblar. Tədbir çərçivəsində həmçinin Xankəndi, Ağdərə və Xocalı rayonlarında həyata keçirilən bərpa-quruculuq işlərinə və “Böyük Qayıdış” proqramına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Təqdimatdan sonra Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının nümayəndələri Anım Günü ilə əlaqədar Xocalı rayonunun Ballıca kəndində keçirilən ağacəkmə aksiyasında da iştirak ediblər.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Finlandiyada Rusiya sərhədi yaxınlığında NATO-nun quru qüvvələrinin qərargahı açılıb

Next

Sürücü sükan arxasında öldü, avtomobil qəzaya düşdü

Copyright 2026— Praqraf.com. All rights reserved