Rusiya neftinin Türkiyədən alınması özəl neftayırma zavodları və distribyutorların qərarları əsasında həyata keçirilir.
Paraqraf.com xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar ABŞ prezidenti Donald Trampın Rusiya enerji resurslarının alışını dayandırmaq çağırışını şərh edərkən deyib.
“Əslində bu, özəl şirkətlər, distribyutorlar və neft emalı zavodlarının qərarıdır”, – Bayraktar qeyd edib.
Nazir vurğulayıb ki, Ankara Rusiyadan təbii qaz idxalını davam etdirəcək, çünki bu, əhalinin tələbatını ödəmək üçün vacibdir.
“Vətəndaşlarımıza deyə bilmərik ki, qaz yoxdur. Bizim Rusiya ilə müqavilələrimiz var. Qarşıdan qış gəlir, qazı Rusiyadan, Azərbaycandan və Türkmənistandan almalıyıq”, – o izah edib.
Türkanə Səfərova, Paraqraf.com
![]()
