Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfər edəcək.
Paraqraf.com xəbər verir ki, bu barədə məlumatı “Vestnik Kavkaza” portalı yayıb.
Bildirilib ki, Overçuk oktyabrın 13-14-də Bakıda səfərdə olacaq və Rusiya, Azərbaycan və İran arasında keçiriləcək üçtərəfli görüşdə iştirak edəcək.
Hazırda səfərin detallarının müzakirə edildiyi qeyd olunub.
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
