Azərbaycan təhsilinin inkişafında mühüm xidmətləri olan görkəmli alim, pedaqoq və ictimai xadim, professor Misir Mərdanovun doğum günü qeyd olunur.
Misir müəllim uzun illər Azərbaycan təhsil sisteminə rəhbərlik etmiş, bu sahədə həyata keçirilən islahatların önündə dayanmış, yüzlərlə layihə və təşəbbüsün müəllifi olmuşdur. Onun fəaliyyətinin əsas qayəsi hər zaman gənclərin elmə marağını artırmaq, təhsilin keyfiyyətini yüksəltmək və gələcək nəsillərin savadlı, bilikli yetişməsinə xidmət etmək olub.
Elm və maarifə bağlılığı, sadəliyi və insanpərvərliyi ilə seçilən Misir Mərdanov təkcə dövlət xadimi kimi deyil, həm də bir ziyalı, pedaqoq və vətənpərvər insan kimi tanınıb. O, təhsil sahəsində apardığı genişmiqyaslı işləri ilə ölkəmizin gələcək inkişafına möhkəm zəmin yaradıb.
Bu gün də onun zəngin həyat yolu və fəaliyyəti gənc müəllimlər, tələbələr və elm yolunu seçən hər kəs üçün örnəkdir. Misir müəllimin təhsil uğrunda gördüyü işlər, yazdığı elmi əsərlər və pedaqoji fəaliyyətləri həm ölkə daxilində, həm də beynəlxalq miqyasda yüksək dəyərləndirilib.
Doğum günü münasibətilə görkəmli ziyalımızı ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun və mənalı ömür, ailə səadəti və fəaliyyətində yeni uğurlar arzulayırıq. Arzu edirik ki, elm və təhsil yolunda parlaq fəaliyyətiniz daim davam etsin, gələcək nəsillərin inkişafına verdiyiniz töhfələr daha da artaraq davamlı olsun.
Doğum gününüz mübarək, hörmətli Misir müəllim!
Həsən Məmmədov
Paraqraf.com
![]()
