Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 1
  • Yaradanın Dilsiz Mələkləri..

Yaradanın Dilsiz Mələkləri..

admin 01 Oktyabr 2025 5 minutes read
Изображение WhatsApp 2025-10-01 в 21.56.49_7ce04f3a
PAYLAŞIN:

Bəzi insanlar küçədəki heyvanlara qarşı çox kobud və qəddar davranırlar. Bu yaxınlarda qarşıma çıxan bir xəbər məni sarsıtdı: İcra hakimiyyətindən göstəriş verilib ki, küçə itləri güllələnsin. Və təəssüf ki, bu göstəriş icra olunub. Bu, insanlığa sığan bir hərəkətdirmi? Bir Azərbaycan vətəndaşına belə bir addım yaraşarmı?

Düzdür, bəzən küçə itləri təhlükə yarada, insanlara hücum edə bilirlər. Amma ağlı, düşüncəsi olan bir insan belə halların qarşısını almaq üçün qanuni yollar seçər. Məsul orqanlara müraciət edər, dövlətin bu problemi humanist yolla həll etməsi üçün tədbirlər tələb edər. Təəssüf ki, heyvanlara qarşı belə amansız münasibət təkcə Bakıda deyil, ölkənin digər bölgələrində də müşahidə olunur.

Bu cür hadisələrə bəzən televiziyada, bəzən internet portallarında, bəzən də sosial şəbəkələrdə yayılan videolar vasitəsilə şahid oluruq. Üzücü və acı mənzərədir. Halbuki Azərbaycan dövləti 2007-ci ildə “Ev Heyvanlarının Mühafizəsi üzrə Avropa Konvensiyası”na qoşulub. Bu sənədə əsasən, sahibsiz heyvanların sayının azaldılması əzab və ağrısız üsullarla həyata keçirilməlidir. Onlar sığınacaqlara yerləşdirilməli, qorunmalıdır.

Amma bu prinsipləri gözardı edənlər də var. Nəticədə, hər il yüzlərlə, minlərlə sahibsiz heyvan qəddarcasına öldürülür. Halbuki onların qısırlaşdırılması, tibbi müayinədən keçirilməsi, peyvənd olunması və bələdiyyələr tərəfindən qeydiyyata alınması qanunvericiliyə uyğun şəkildə həyata keçirilməlidir. Bu işdə məsul olan qurumlar öz vəzifələrinə səthi yanaşmamalıdır.

Məni ən çox üzdüyü xəbər isə həmin gün oxuduğum hadisə oldu. Günahsız heyvanların güllələnməsi əmrini vermək necə mümkündür? Axı bu varlıqlar da bir can daşıyır. Heyvanlara qarşı rəhmli olmaq, onlara sevgi göstərmək hər insanın işi deyil – bu, böyük ürəkli insanların xüsusiyyətidir.

Unutmayaq: Heyvansevər insan heç vaxt insana da zərər verməz. Əgər bir insan heyvanlara sevgi ilə yanaşırsa, demək ki, onun içində saf bir duyğu var. Bu da onun insanlara qarşı münasibətində özünü göstərir.

Bir heyvan götürüb ona qayğı göstərsək, inanırıq ki, o da bizi sevəcək. Çünki heyvanların da hiss etmə qabiliyyəti var. Onlar kimə nəvaziş göstərildiyini anlayır, sevgini hiss edir, yadda saxlayırlar.

Sosial şəbəkələrdə Türkiyə ilə Azərbaycan arasında bu məsələdə fərqləri tez-tez müşahidə edirəm. Qardaş ölkədə sahibsiz heyvanlara qarşı daha çox mərhəmət göstərilir. Bir videoda türk vətəndaşı qarda donub qalmış bir pişiyi götürüb paltosunun altında isidirdi. Bu davranış insanlığın, mərhəmətin və vicdanın nümunəsidir.

Əgər küçədə bir heyvan gördünüzsə və yanınızda yemək, su varsa verin. Allah bunu görür və dəyərləndirir. Unutmayın, bütün canlıları Allah yaradıb. Heyvandan qorxmağa dəyməz, əksinə, heyvana zülm edən insanlardan qorxmaq lazımdır.

Əgər sahibsiz itlərdən narahatsınızsa, onları öldürmək çıxış yolu deyil. Bunun üçün “Toplan” qayğı mərkəzinə müraciət edə bilərsiniz. Orada itlər peyvənd olunur, qulaq birkası ilə qeydiyyata alınır və təhlükəsiz olduqları sübut olunur. Beləliklə, həm insanlar, həm də heyvanlar üçün təhlükə aradan qalxır.

Heyvanlara rəhmli yanaşmaq insanın mənəvi səviyyəsinin göstəricisidir. Axı insan ağrısını, dərdini dilə gətirə bilir, amma heyvan danışa bilmir. Onlar susurlar… Amma Mövlana Cəlaləddin Ruminin dediyi kimi:

Heyvanlar mənim səssiz qullarımdır. Onlar indi zülmə susurlar, amma hesab günü danışacaqlar!

Bəli, bir çox heyvanlara zülm edilir. Onlarsa səsini çıxara bilmir. Amma Allah hər şeyi görür, və nə vaxtsa hər varlıq haqqını tələb edəcək.

Bəzən yolun ortasında heyvanı maşın vurur, sürücü isə dayanmadan yoluna davam edir. Görməzlikdən gəlir. Bu, təkcə qəbahət deyil vicdansızlıqdır. Bir canlıya zərər vuran insan, başqa bir insana da zərər verə bilər.

Məni ən çox narahat edən isə qış aylarında küçədə donan, ac qalan heyvanlardır. Onlar da bizim kimi üşüyür, bizim kimi aclıq hiss edirlər. Çünki onlar da canlıdırlar. Onlara qarşı da sevgi, mərhəmət göstərilməlidir.

Gəlin bir olaq, səssiz məxluqları qorumaq üçün səssiz qalmayaq. Onları incitməyək. Rəhmli olaq həm insanlara, həm də Yaradanın dilsiz mələklərinə…

 

Kəmalə Vəliyeva

paraqraf.com

Loading

Visited 12 times, 2 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Cəmiyyəti İrəli Aparan Güc: Elm
Next: “Qarabağ” ÇL-də ikinci qələbəsini qazanıb

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.