Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Qarabağ Zəfərinin Qazanıldığı Torpaqlar Turizmlə Dirçəlir
İDMAN

Qarabağ Zəfərinin Qazanıldığı Torpaqlar Turizmlə Dirçəlir

01 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

Azərbaycanın turizm tarixində ilk dəfə olaraq Qarabağ bölgəsinin inkişafına həsr olunmuş Turizm İnkişafı Layihə Konfransı keçirildi. Bu mühüm tədbiri Kıbrıs Türk Medyası da yerində izləyərək işıqlandırdı.

Ağdərədə Sağlamlıq və Termal Turizm Dəstəkli İnfo-Tur Təşkil Olundu

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin təşkilatçılığı və dəstəyi ilə 23–24 sentyabr tarixlərində işğaldan azad edilmiş Ağdərə rayonuna genişmiqyaslı info-tur həyata keçirildi.

Konfrans çərçivəsində çıxış edən Birliyin rəhbəri Ruslan Quliyev, Qarabağ bölgəsinin turizm baxımından böyük potensiala malik olduğunu vurğuladı. O, həmçinin II Qarabağ müharibəsində şəhid olanlara Allahdan rəhmət, qazilərə isə can sağlığı arzuladı.

Tədbir “Riverside Hotel”-in açılışı münasibətilə təşkil olunmuşdu və bu çərçivədə keçirilən tədbirlərə Qarabağ Turizm və Tanıtım İdarəsinin rəhbərliyi, turizm şirkətlərinin nümayəndələri, media təmsilçiləri, influencerlər və bloq yazarları daxil olmaqla 40-dan çox qonaq qatıldı.

Ağdərənin Turizm Potensialı Tanıdıldı

Tədbir iştirakçılarına Ağdərənin zəngin turizm imkanları ətraflı təqdim olundu. Xüsusilə Vəngli kəndinin yaxın gələcəkdə bölgənin aparıcı turizm mərkəzlərindən birinə çevriləcəyi bildirildi. İnfotur çərçivəsində nümayiş etdirilən videomateriallarla kəndin və ümumilikdə bölgənin təbii gözəllikləri, mədəni irsi və turizm imkanları işıqlandırıldı.

İştirakçılar bölgənin tarixi, mədəniyyəti, təbiəti və gələcək layihələr barədə ətraflı məlumatlandırıldı. Müxtəlif ideyaların paylaşılması və qarşılıqlı fikir mübadiləsi tədbirin əsas məqamlarından biri oldu.

Konfransın əsas mövzularından biri isə bölgəyə məxsus yeni turizm məhsullarının hazırlanması, onların həm yerli, həm də beynəlxalq səviyyədə tanıdılması, satış və marketinq imkanlarının turizm şirkətləri şəbəkəsi vasitəsilə genişləndirilməsi idi.

Tədbir Sonda Sertifikatlar və Minnətdarlıqla Yekunlaşdı

İki gün davam edən tədbirin sonunda iştirakçılara təşəkkür sertifikatları təqdim olundu, xatirə şəkilləri çəkildi.

Ağdərənin turizm xəritəsində öz yerini tapmasına töhfə verən bu cür layihələrin davamlı olacağı bildirildi. Konfransın sonunda Kıbrıs Türk Medyası adından tədbiri işıqlandıran jurnalist Serdar Şengülə Qarabağ Turizm və Tanıtım İdarəsinin rəhbəri tərəfindən təşəkkür məktubu təqdim edildi. Serdar Şengül, Azərbaycan

paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Əfqanıstanda İnternet Böhranı: Əlaqə Kəsildi, Xidmətlər Çökdü

Next

UEFA Çempionlar Liqası: “Qarabağ” “Kopenhagen”ə qarşı – CANLI YAYIM

Copyright 2026— Praqraf.com. All rights reserved