Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Erkən yaşdan kosmetoloji vasitələrin fəsadları
MANŞETÖZƏL

Erkən yaşdan kosmetoloji vasitələrin fəsadları

01 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Son illər erkən yaşda uşaqların kosmetoloji vasitələrdən istifadəsi müşahidə olunur. Xüsusilə sosial şəbəkələrin təsiri ilə məktəbli qızların makiyaja marağı artır. Lakin bu hal onların həm sağlamlığına, həm də yaşlarından daha böyük görünmələrinə səbəb olur. Eyni zamanda, cəmiyyət tərəfindən də birmənalı qarşılanmır.

Mövzu ilə bağlı həkim-kosmetoloq Gülsüm Əliyeva Paraqraf.com-a açıqlamasında bildirib ki, bu məsələdə valideynlərin rolu həlledicidir:

“Uşağa izah etmək lazımdır ki, kosmetik vasitələr onun dərisinə uyğun deyil. Sadəcə təmiz dəriyə qulluq kifayətdir. Əsas məsələ uşağın özünəinamını artırmaqdır ki, makiyajla özünü “gizlətməyə” ehtiyac duymasın. Lazım olduqda, məsələn, xüsusi tədbirlərdə zərərsiz, hipoallergen vasitələrdən istifadə oluna bilər. Amma bu, gündəlik vərdişə çevrilməməlidir”.

Mütəxəssis əlavə edib ki, məktəblərdə uşaqlara dəri sağlamlığı ilə bağlı sadə biliklər öyrədilməli, təbii gözəlliyin dəyəri aşılanmalıdır:

“Sosial şəbəkə və reklamlarda gördüklərinin hər yaş üçün uyğun olmadığını anlamalıdırlar. Bununla yanaşı, incəsənət, idman, musiqi kimi fəaliyyətlərlə uşaqların özünüifadə imkanları artırılmalıdır. Bu halda onlar böyüklərə xas kosmetik vasitələrə daha az maraq göstərəcəklər”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşdi

Next

Türkiyədə qalmaqallı menecer sərbəst buraxıldı

Copyright 2026— Praqraf.com. All rights reserved