Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“ABŞ da gec-tez hər hansı münaqişənin birbaşa tərəfi ola bilər” – ŞƏRH
MANŞETÖZƏL

“ABŞ da gec-tez hər hansı münaqişənin birbaşa tərəfi ola bilər” – ŞƏRH

01 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Birləşmiş Ştatlar potensial hərbi münaqişəyə hazır olmalıdır”.

Bu fikirləri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn səsləndirib.

Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Paraqraf.com-a açıqlamasında bildirib ki, dünyadakı qlobal nizamsızlığın əsas memarlarından biri də məhz ABŞ-dir və bu, Vaşinqtonun gec-tez birbaşa hər hansı münaqişənin tərəfi olacağını göstərir:

“Bu proses yalnız ABŞ-yə aid deyil, bütün qlobal güclər hərbi potensiallarını artırmaq məcburiyyətindədir. Hegemonluğunu qorumaq istəyən və dünyanın müxtəlif bölgələrində hərbi bazaları olan ABŞ həm rəqiblərinin onu sınamasına imkan verməmək, həm də lider mövqeyini möhkəmləndirmək üçün hərbi hazırlığını davamlı gücləndirir. Təsadüfi deyil ki, ABŞ Müdafiə Nazirliyi çox vaxt “Savaş Nazirliyi” kimi xarakterizə olunur. Bu, siyasi və hərbi diplomatiyanın birləşməsinin bariz nümunəsi olmaqla, dünyaya açıq mesaj verir: ABŞ istənilən güc təhdidinə qarşı cavab verməyə hazırdır”.

Ekspertin sözlərinə görə, ABŞ-nin bu strategiyaya yönəlməsinin əsas səbəbləri sırasında Çinin yüksəlişi, Rusiyanın təzyiqləri və İranın təhlükə mənbəyi kimi çıxış etməsi dayanır.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Ümid edirik ki, bu işin istintaqı məntiqi nəticəsini tapacaq”

Next

“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşdi

Copyright 2026— Praqraf.com. All rights reserved