Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Sentyabr
  • 30
  • Ziyalı Kimdir – Mikrofona Söz Verən, Yoxsa Xalqa Səs Olan?

Ziyalı Kimdir – Mikrofona Söz Verən, Yoxsa Xalqa Səs Olan?

admin 30 Sentyabr 2025 3 minutes read
710ace99-4890-418c-bb43-beb8c27d3d85
PAYLAŞIN:

Hər zaman hansısa incəsənət nümayəndəsinin bəh-bəhli, ifrat tərifinə qarşı olmuşam. “Filankəs müğənnidir, işi oxumaqdır, qalan məsələlər onu maraqlandırmamalıdır” düşüncəsi mənə tamamilə ziddir.

Bir incəsənət adamı bu ölkənin səhiyyəsindən, təhsilindən, ictimai xidmətlərindən istifadə etmirmi? O da bu torpağın havasını udur, suyu ilə çay dəmləyir. Elə isə niyə susur? Niyə danışmır? Niyə xalqa səs olmur?

Ömrünü yalnız mikrofona sarılıb “şou göstərməklə” keçirən biri mənim gözümə ziyalı kimi görünə bilməz. Xalqın adamı olmaq yalnız səhnədə “böyük konsert vermək”, milyonluq izləyici toplamaqla mümkün deyil. Xalqın adamı olmaq  xalqın dərdini deməyi bacarmaq, yaşadığı cəmiyyətə laqeyd qalmamaqdır. Fikir sahibi olmaqdır. Mövqe sahibi olmaqdır.

Yoxsa bu gün “xalq artisti” adına layiq görülənlər Röya və Aygün kimilər olacaq. Keçmişləri, sənət tarixləri hər kəsə məlum olan bu şəxsləri “xalq artisti” edən də elə xalqın özü, daha dəqiq desək kütləvi zövqdür.

Bugünkü reallıqda KVN səhnəsində 3-5 zarafat edən bir şoumenin cəmiyyətə verdiyi dəyər, əslində, bir müəllimin, bir tədqiqatçının, bir elm adamının verdiyi dəyərin kölgəsində belə qala bilməz. Amma nə yazıq ki, dəyər anlayışını özümüz bu hala salmışıq. Elmi və müəllimi unutmuş, onun yerinə əyləncəni və əyləndirəni zirvəyə qaldırmışıq.

Cabir İmanovun vəfatı çoxlarımızı üzdü. Bəli, uşaqlığımızda simpatiya bəslədiyimiz, gülümsədiyimiz, tanıdığımız bir aktyor idi. Amma bu qədər. Xahiş edirəm, hər tanınmışa “xalqın ziyalısı” damğasını yapışdırmayaq. Bu ifadənin çəkisini azaldırıq.

Əsl ziyalı – xalqın içindən çıxan, xalqla yaşayan, xalq üçün düşünən, cəmiyyətin yönünü müəyyənləşdirməyə çalışan insandır. Bu yükü daşımaq hər kəsin işi deyil.

Digər tərəfdən, bu xalq keçmişdə yaşadığı əzabları unutmur. “Ölünün arxasınca danışmazlar” mifini artıq geridə qoymalıyıq. Əgər bir insan sağlığında xalqa zülm edib, onun haqqını tapdalayıbsa, bu xalq ölüsünə də, dirisinə də qiymət verməyi yaxşı bacarır.

Bu ölkədə yaşayan hər kəs bir gün özündən soruşmalıdır:
“Mən getdikdən sonra, xalq mənim haqqımda nə düşünəcək?”
Çünki bizim övladlarımıza buraxdıqlarımızın içində başqalarının övladlarının da haqqı ola bilər.

Allah Cabir İmanova rəhmət eləsin. Onun yaddaşlarda necə qalacağını isə zaman göstərəcək. Bu qərarı biz yox, xalq özü verəcək.

Namiq Süleymanov
Paraqraf.com

Loading

Visited 17 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Prezidentlə xanımı vida mərasiminə əklil göndərdi
Next: Cabir İmanovdan etiraf: “İllər əvvəl Heydər Əliyev “Bakılı oğlanlar”a bunu demişdir” – VİDEO

OXŞAR MÖVZULAR

df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026
6cae0698-fefb-30dc-a429-916abc1a6f74_1200

Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib

admin 23 Aprel 2026
PREcRIOBL9DeTo6Q1wyv58sTF14crouVLuJVqfFf_1200 (2)

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir – PROQNOZ

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.