Avropa İttifaqına (Aİ) üzv olan ölkələr ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında münaqişənin həlli planının həyata keçirilməsində iştirak etməyə hazırdır.
Paraqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen “X” hesabında yazıb.
“Mən Trampın Yaxın Şərqdəki müharibəni həll etmək planını alqışlayıram. Hər kəsi bu planda fəal iştirak etməyə çağırıram. Aİ onun həyata keçirilməsinə töhfə verməyə hazırdır”, – deyə AK rəhbəri vurğulayıb.
O, həmçinin əlavə edib ki, Qəzza zolağının ikidövlətli həlli regionda sülhü təmin etmək üçün yeganə əlverişli variant olaraq qalır.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
