Günü-gündən Sumqayıtdan Bakıya getmək çətinləşir.
Paraqraf.com-a daxil olan məlumata görə, Sumqayıt Avtovağzalından paytaxtın 20 Yanvar metro stansiyasına gedən 594 nömrəli marşrut avtobuslarının reysləri arasındakı interval artıb.
“Tədris ili başlayandan vəziyyət belədir. Saat 9-da işə çatmaq üçün evdən 2-3 saat əvvəl çıxmalı oluruq. Avtobuslar isə 15-20 dəqiqədən bir gəlir, gələn kimi də dolub gedir. Göydən bir damcı yağış düşən kimi isə avtobuslar ümumiyyətlə yoxa çıxır.
Məsul qurumlardan nəqliyyat vasitələrinin sayını artırmağı, bununla da reyslər arasındakı intervalı qısaltmağı tələb edirik”.
Paraqraf.com
![]()
Visited 11 times, 1 visit(s) today
