Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Qafqazda növbəti əməliyyat: Daha bir general həbs edildi
DÜNYA

Qafqazda növbəti əməliyyat: Daha bir general həbs edildi

30 Sentyabr 2025 1 Min Read
PAYLAŞIN:

Sentyabrın 30-da səhər saatlarında Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkar Respublikası üzrə Baş İdarəsinin rəisi, general-mayor Mixail Nadejini saxlayıblar.

Paraqraf.com xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.

General 2 milyon rublu mənimsəməkdə (Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi – xüsusilə külli miqdarda rüşvət alma) şübhəli bilinir.

İstintaqın məlumatına görə, general iş adamı Anzor Noqmovdan rüşvət alıb, bundan sonra heç bir yoxlama aparmadan yanğın təhlükəsizliyi ilə bağlı sənədləri təsdiqləyib. Mənbənin bildirdiyinə görə, şübhəli şəxs sənaye və yanacaq-energetika müəssisələrində qəza-xilasetmə əməliyyatlarının aparılması üçün müqavilələr imzalayıb. Reallıqda isə Fövqəladə Hallar Nazirliyi tərəfindən binaya heç bir yoxlama aparılmayıb.

Nadejin 2015-ci ildən Kabardin-Balkar Fövqəladə Hallar Nazirliyinin rəhbəridir. 2019-cu ildə ona daxili xidmət general-mayoru rütbəsi verilib.

Qeyd edək ki, bir gün əvvəl Rusiya Milli Qvardiyasının Şimali Osetiya departamentinin rəisi, 58 yaşlı general-mayor Valeri Qolota rüşvətxorluq maddəsi ilə (Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi) həbs edilib. İdarənin daha bir neçə məmuru da saxlanılıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bunları etsəniz, şüşə kimi dəriyə sahib olacaqsınız

Next

“Türk Hava Yolları” İrəvana müntəzəm uçuşlar həyata keçirəcək

Copyright 2026— Praqraf.com. All rights reserved