Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Sentyabr
  • 30
  • İsrail XİN başçısı: “HƏMAS Qəzza zolağında münaqişənin davam etməsinə görə tam məsuliyyət daşıyır”

İsrail XİN başçısı: “HƏMAS Qəzza zolağında münaqişənin davam etməsinə görə tam məsuliyyət daşıyır”

admin 30 Sentyabr 2025 3 minutes read
IMG-20250930-WA0014
PAYLAŞIN:

“HƏMAS Qəzza zolağında münaqişənin davam etməsinə görə tam məsuliyyət daşıyır”.

Paraqraf.com xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Gideon Saar Serbiya xarici işlər naziri Marko Curiclə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazirin bildirdiyinə görə, İsrail ABŞ Prezidenti Donald Trampın Qəzzada müharibənin dayandırılması və daha yaxşı gələcəyə nail olmaq planını qəbul edib. Saar əlavə edib ki, müharibənin dayandırılmasından hələ də imtina edənlər 7 oktyabr 2023-cü ildə münaqişəni başlayanlarla eyni şəxslərdir – HƏMAS hərəkatıdır.

“Müharibənin davam etməsinə görə HƏMAS tam məsuliyyət daşıyır. Həmçinin son iki il ərzində həm israillilərin, həm də fələstinlilərin çəkdiyi əzablara görə onlar cavabdehlik daşıyırlar. Biz girovların evə qayıtmasını istəyirik; eyni zamanda biz ekstremistlərdən azad, hərbiləşdirilməmiş və İsrailə, onun vətəndaşlarına təhlükə törətməyən bir Qəzza görmək istəyirik”, – deyə Saar əlavə edib.

Nazir, həmçinin qeyd edib ki, HƏMAS-ın ABŞ prezidentinin planını qəbul edib-etməyəcəyini gözləmək lazımdır.

“Keçmiş təcrübədən bilirik ki, onlar adətən vaxt uzatmağa çalışır, şərtləri dəyişdirməyə cəhd edir və öhdəliklərdən yayınırlar”, – deyə o bildirib.

Xatırladaq ki, Ağ Ev Qəzza zolağındakı münaqişənin həlli planını dərc edib. Sənəd döyüş əməliyyatlarının tam dayandırılmasını və radikal HƏMAS-ın saxladığı girovların 72 saat ərzində azad edilməsini nəzərdə tutur. Həmçinin plan sektoru keçid dövrü üçün xarici idarəetməyə verməyi və orada yaşayan sakinlər üçün həm çıxış, həm də geri qayıtmaq imkanının yaradılmasını təklif edir.

İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 29-da Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla birgə keçirdiyi mətbuat konfransında Trampın Qəzzada hərbi əməliyyatların dayandırılması planını dəstəklədiyini bildirib, lakin əlavə edib ki, əgər HƏMAS bu təklifi rədd edərsə və ya ona sabotaj edərsə, İsrail işi öz gücü ilə yekunlaşdıracaq.

Paraqraf.com

Loading

Visited 4 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sercio Mattarella: “İtaliya Azərbaycanla dostluqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir”
Next: Azərbaycan voleybolçuları qələbə qazandılar

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.