Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Həmin sakinlər üçün kiçik bizneslər yaradıldı – Fotolar
CƏMİYYƏT

Həmin sakinlər üçün kiçik bizneslər yaradıldı – Fotolar

30 Sentyabr 2025 1 Min Read
PAYLAŞIN:

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.

“Paraqraf.com” xəbər verir ki, bu dəfə Ağdam, Xocalı, Laçın, Ağdərə rayonları və Şuşa şəhərində daha 15 sakinə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar təqdim edilib.

Aktivlərin təqdim edilməsi tədbirində iştirak edən Dövlət Məşğulluq Agentliyinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri proqram iştirakçıları ilə görüşüblər.

Onların yeni qurduqları təsərrüfatlarla bağlı gələcək planlarına dair fikir mübadiləsi aparılıb.

Verilmiş aktivlər hesabına sakinlər qoyunçuluq, maldarlıq təsərrüfatı, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadın gözəllik salonu, kiçik foto atelye və digər istiqamətlər üzrə kiçik bizneslərini yaradıblar.

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları qurulan şəxslərin sayı artıq 460-a çatıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qurban Qurbanov Leandro ilə zarafatlaşdı

Next

Əli Əsədov Lukaşenko ilə görüşdə iştirak etdi – Fotolar

Copyright 2026— Praqraf.com. All rights reserved