Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Sentyabr
  • 30
  • Estetik əməliyyat uğursuz oldu? – Pulunuzu belə geri ala bilərsiniz

Estetik əməliyyat uğursuz oldu? – Pulunuzu belə geri ala bilərsiniz

admin 30 Sentyabr 2025 3 minutes read
em_1759230733
PAYLAŞIN:

Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da estetik əməliyyat etdirənlərin sayı artıb. Burada məqsəd müxtəlif estetik müdaxilələr vasitəsilə xarici görkəmdə olan xoşagəlməz görüntünün aradan qaldırılmasıdır. Lakin bu heç də həmişə belə olmur. Bəzi hallarda estetik əməliyyatlar uğursuz alınır və ya əməliyyatdan bir müddət sonra müəyyən deformasiyalar, hətta pasiyentin səhhətində müəyyən problemlər, pisləşmə qeydə alınır. Belə olan halda pasiyentin əməliyyat üçün etdiyi ödənişi geri tələb etmək hüququ var?

Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov Paraqraf.com-a açıqlamasında bildirib ki, belə proseslərin qanuni formada aparılması və hər iki tərəfin öz hüquqlarını təmin edə bilməsi üçün müqavilələrin bağlanması mütləqdir:

“İlk növbədə, bunu bilmək lazımdır ki, ümumiyyətlə, vətəndaşlar estetik əməliyyata girməzdən əvvəl mütləq şəkildə üz tutduqları tibb müəssisəsi ilə müqavilə bağlayaraq konkret hansı diaqnoz üzərində, hansı korreksiyaların olunacağı, hansı estetik əməliyyatın həyata keçiriləcəyi ilə bağlı detallı şəkildə bura qeyd etməlidirlər. Sonradan həkimin kobud səhvi ucbatından pasiyentə zərər dəymiş olarsa, bu, cinayət məsuliyyəti yaradır. Vətəndaşlar çəkinmədən bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edə bilərlər. Nəticədə, keçiriləcək tibbi ekspertizanın verəcəyi rəylə həmin şəxsin sağlamlığına hansı dərəcədə zərər yetirildiyi müəyyən olunacaq ki, buna görə də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılacaq”.

Hüquqşünas fikirlərinə bunları da əlavə edib:

“Məsələnin mülkü yöndən gedişi də mümkündür. Vətəndaş ödənişin qəbzini təqdim edərək də bunu təsdiq edə bilər. Düzdür, bəzi hallarda tibb müəssisələri yayınırlar bütün ödənişin çekini təqdim etməkdən yayınırlar. Amma vətəndaş çox rahat şəkildə bunu öz yazıları, iddiaları ilə sübut edərək mülki qaydada məhkəməyə verməklə həkimdən və eyni zamanda tibb müəssisəsindən vurulmuş maddi və mənəvi zərəri tələb edə bilər”.

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Bütün tərəfləri Qəzza planını qəbul etməyə çağırırıq” – İtaliyanın Baş naziri
Next: Azərbaycanın BMT-də qlobal çağırışı mühüm əhəmiyyətə malikdir

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib df9cihAyFKO79jIq6ujcoT9exrI5aee85mkdloWh_1200

Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.