Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Sentyabr
  • 30
  • “Dodekafoniyanın Banisi və Davamçısı: Şönberqdən Qarayevə Musiqi İnqilabı”

“Dodekafoniyanın Banisi və Davamçısı: Şönberqdən Qarayevə Musiqi İnqilabı”

admin 30 Sentyabr 2025 6 minutes read
Изображение WhatsApp 2025-09-30 в 14.55.31_5a4fe2d7
PAYLAŞIN:

Yeni Vyana Məktəbinin banisi Arnold Şönberq (1874 – 1951) dünya musiqi tarixində novator bəstəkarlardan sayılır. Onun novatorluğu ondan ibarət idi ki, o, yeni musiqi sistemi sayılan dodekafoniyanı yaradıb. O, bu yeniliyi öz tələbələri A.Berq və A.Vebernlə birgə edib. Bəstəkar burada musiqinin ənənəvi prinsiplərindən uzaqlaşmağa çalışır. Beləliklə, o, atonal sistemi yaradır. Bu sistem səslərin sabit – qeyri sabit bölgüsünü inkar edir. Atonallıq üçün xarakterik olan cəhətlər: dissonansların üstünlüyü, həlli olmayan gərginliyin stabilliyi “İntizar” monodramında öz əksini tapır. Bəstəkar vokal janrında da novator kimi çıxış edib. Bu dövrün əsas əsəri “Aylı Pyerro” (sözləri: A.Jironundur) melodeklomasiya silsiləli vokal məcmuəsidir. Şönberq burada kabera janrının fransız ənənəsini və faciəvi kaberanı yaratmağa çalışıb.

Dodekafoniya atonal musiqinin inkişafı nəticəsində yaranıb. Bu sistemi qurmaq üçün 12 xrammatik səsin hamısından istifadə edilməlidir. Bir seriya daxilində hər səs yalnız bir dəfə istifadə edilə bilər və təkrara yol verilmir. Səslər arasında üçsəslilərin istifadəsi qadağandır. Seriya 4 formada yazılır: əsas, inversiya, xərçəng, xərçəng-inversiya. Bu 4 formanın qurulması üçün ən əhəmiyyətlisi əsas formanı qurmaqdı. Əsas qurulur daha sonra inversiya qurulmağa başlanılır. İnversiyanın ilk və son səsi əsasın ilk və son səsi ilə eynilik təşkil etməlidir. Əsasda qurulan səslər say etibarilə əks istiqamətdə yazılır. Xərçəng əsasın sondan başa, xərçəng-inversiya isə inversiyanın əks istiqamətdə yazılışıdır. Bu kvadrat ya bütünlüklə, ya da bəziləri əsər bəstələnərkən istifadə olunur. Əsər daxilində 12 səsin hamısı istifadə edilməsi şərtilə bir səsin ossenat təkarına icazə verilir. Əsər seriyanın istənilən səsindən başlaya bilər. Lakin sonradan əvvəlki səslər mütləq şəkildə əlavə olunmalıdır. Əsər bəstələrkən bu qayda nəzərə alınır. Seriyanın əsas və müxtəlif olmaqla 47 forması mövcuddur.

Bu sistemdə hesablama ön planda olduğuna görə melodiya arxa plana keçir. A.Şönberqin tonal-atonal musiqiyə keçidindəki kəskin fərqlər atonal-dodekafoniya musiqisinə keçidində bir o qədər də hiss olunmur.

Bu sistemi, o, 1922-ci ildə tərtib edir. Özü isə bu haqda belə yazır: “Mən alman musiqisinin yaxın 100 ildə hökmranlığını təmin edəcək bir kəşf etmişəm”. Bu dövrdən başlayaraq Şönberq Avropa musiqi modernizminin liderinə çevrilir. Yaradıcılığının dodekafoniya dövrünün orkestr üçün variasiyalar, simli kvartetlər, skripka və orkestr üçün konsert və orkestr üçün konsert kimi əsərlərində özünün kompozisiya texnikasının tonal yazı və klassik formalarla – rondo, sonata, variasiya və polifonik formalarla uzlaşdırması müşahidə olunur.

qara qareyavsg
Qara Qarayev

Azərbaycan musiqisində bu üslubdan istifadə edən ilk bəstəkar Qara Qarayevdir (simfoniya №3 ən bariz nünunə). Bəstəkarın son əsərlərini eşidən Qərb musiqiçiləri dəfələrlə etiraf ediblər ki, Qarayevin bu əsərləri Qərb “Seriyaçıları”nın əsərlərinə heç bənzəmir. Bu da təbiidir ki, dodekofoniya bəstəkar üçün heç vaxt bir məqsəd rolunu oynamayıb, yalnız texniki vasitə idi. Elə ona görə son səhnə əsəri olan “Çılğın Qaskoniyalı” müziklında bəstəkar artıq bu vasitədən, bu üsuldan istifadə etməyib. Hələ 1961-ci ildə Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində keçirilən Beynəlxalq musiqi festivalından qayıdan Qarayev öz təəssüratını ifadə edərək belə deyib: “Biz onlardan əlli il geri qalmışıq”. Elə bundan sonra o, Qərbin musiqi sistemlərini, texnologiyasını öyrənməyə başlayır və bunun üçün çoxlu vaxt, güc, enerji sərf edir. Bu baxımdan bəstəkarın “Вопросы Литературы” (“Ədəbiyyat sualları”) jurnalındakı müsahibəsi ilə tanış olmaq maraqlıdır. Bəstəkar etiraf edir ki, müasir musiqi sistemlərinin, həmçinin dodekofoniyanın nəzəriyyə və təcrübəsinin əsaslarını öyrənmək üçün çox vaxt sərf edib. Lakin bu yazı texnikasını bəstəkar Şönberqdən fərqli olaraq digər etik və estetik məqsədlər üçün istifadə edib. O, yazır ki, “3-cü simfoniyada mən yeni dilin müasir dövrün ruhunu daha gözəl etdirməyə qadir olduğunu deməyə çalışmışam.”

Qara Qarayevin “Üçüncü simfoniya”sı 1965-ci ildə yazılıb və ilk dəfə Moskvada böyük uğurla ifa olunub. Əsərin mərkəzində dayanan obraz Azərbaycan milli xarakterinin müasir mərhələsini əks etdirir. Xalqların azadlıq uğrunda  mübarizəsi, dövrün yaraları – Xirosima və Osvensim, uzaq məmləkətlərin faciəsi, kosmosun fəthi – bir sözlə, atom əsrinin bütün təzadları onu düşündürür. Belə mürəkkəb müasir insan obrazını yaratmaq üçün asan, keçilmiş yollarla irəliləmək mümkün deyildi. Bəstəkarın musiqi dilindəki mürəkkəbliyi də məhz məzmunun xarakterindən doğurdu. Bəstəkar ən müasir vasitələrdən də məzmuna müvafiq olanları seçib, ən qəliz səslənmələrdən qorxmayıb. Üçüncü simfoniyada bəstəkar müasir dünyanın geniş panoramasını təsvir etməyə çalışmayıb. O, müasir dünyanın problemlərinin konkret insan şüurunda əksini, insan xarakterində inikasını, insan obrazının süzgəcindən keçməsini göstərməyə çalışıb. Bəlkə elə buna görə də bəstəkar böyük simfonik orkestrə müraciət etməyib. O kamera orkestrinin imkanlarına əsaslanmış və bu imkanlardan böyük məharət və istedadla istifadə edib, yığcam, lakonik musiqi əsəri yaratmağa müvəffəq olub.

Artur Şönberq. “İntizar” monodramı

Artur Şönberq. “Aylı Pyerro”

http://www.youtube.com/watch?v=KsIATAaR-X0

 

Vəfa Bağırzadə

Paraqraf.com

Loading

Visited 4 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumunun açılış mərasimi olub
Next: Stalin – Tarixdə Dəmir Yumruq, Yoxsa Qanlı Kölgə?

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.