Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynaya ordusuna məxsus 16 PUA-nı məhv edib.
Paraqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına əsasən, Moskva vaxtı ilə saat 13:00-dan 17:00-a qədər hava hücumundan müdafiə sistemləri tərəfindən ümumilikdə 16 stasionar qanadlı PUA zərərsizləşdirilib. Bunlardan 12-si Krım Respublikası üzərində, qalan 4-ü isə – hər biri iki ədəd olmaqla – Kursk və Belqorod vilayətləri üzərində vurulub. – deyə nazirlik bildirib.
Həsən
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
