Noyabrın 11-də keçiriləcək İraq parlamentinə seçkinin nəticəsi İranın xeyrinə əvvəlcədən tərtib olunub.
Paraqraf.com xəbər verir ki, bu iddia ilə “The Hill” nəşri çıxış edib.
Məlumata görə, İslam Respublikasına bağlı şəxslər İraqın Ali Seçki Komissiyasına müdaxilə edərək səsvermədən öncə nəticəni formalaşdırıblar. Bu əməliyyat kvota bölgüsü mexanizmi vasitəsilə həyata keçirilir.
Mexanizm parlamentdəki yerlərin proksi qruplaşmaları və Tehran tərəfdaşları arasında əvvəlcədən bölünməsini nəzərdə tutur. Şəbəkə yalnız şiə qrupları ilə məhdudlaşmayıb, habelə, İranın təsir dairəsində olan kürd və sünni hərəkatlarını da əhatə edir.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
