Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Azərbaycanın gənclər və könüllü təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar
CƏMİYYƏT

Azərbaycanın gənclər və könüllü təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar

29 Sentyabr 2025 2 Min Read
PAYLAŞIN:

Azərbaycanın gənclər və könüllü təşkilatları 44 günlük Vətən müharibəsinin 5-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar.

Paraqraf.com xəbər verir ki, bəyanatda 2020-ci ildə qazanılmış tarixi Zəfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpası ilə nəticələndiyi, əsrlərə yazılacaq qəhrəmanlıq səhifəsi yaradıldığı vurğulanır. Diqqətə çatdırılır ki, bu Qələbə dövlətimizin başçısının dəmir iradəsi, şəhidlərimizin canı, qazilərimizin fədakarlığı və xalqımızın birliyi sayəsində mümkün olub. Azərbaycan gəncliyi şəhidlərimizin xatirəsi qarşısında baş əyir və onların qəhrəmanlığını gələcək nəsillərə ötürməyi özünün ali vəzifəsi hesab edir.

Bəyanatda, həmçinin müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə və Tərtərə qarşı həyata keçirdiyi raket və artilleriya hücumları qətiyyətlə pislənib. Mülki əhalinin – uşaqların, qadınların və yaşlıların hədəfə alınması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, insanlığa qarşı cinayət kimi qiymətləndirilib: “Beş il əvvəl dünya Ermənistan silahlı qüvvələrinin münaqişə zonasından uzaqda yerləşən Gəncə, Bərdə və Tərtər kimi şəhərlərimizi düşünülmüş şəkildə artilleriya və raket atəşinə tutmasının şahidi oldu. Bunlar hərbi hədəflər deyil, uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla mülki insanların yaşadığı evlər idi. Bu hücumlarda kasetli sursatlardan istifadə edilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi və qurbanlara böyük iztirab və itkilər yaşatdı. Gəncə, Bərdə və Tərtərdən olan dağıntıların görüntüləri və məhv olmuş ailələrin xatirələri bizim kollektiv yaddaşımızda dərin bir yara olaraq qalır. Biz bu cür faciələrin heç vaxt unudulmaması və təkrarlanmaması üçün qətiyyətimizi bir daha bəyan edirik”.

Vətən müharibəsindən sonra başlayan Böyük Qayıdış və azad edilmiş torpaqlarda həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycan gəncliyi tərəfindən böyük həvəs, fədakarlıq və Vətən sevgisi ilə dəstəklənir, gənclərin azad edilmiş torpaqlara yeni həyat və ümid gətirən nəsil kimi ön sırada olduğu bəyanatda xüsusilə vurğulanır. Eyni zamanda, Azərbaycanın regionda sülhün və əməkdaşlığın təşəbbüskarı olduğu qeyd edilir. Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sülh gündəliyinin banisi kimi çıxış edib, Cənubi Qafqazda sabitlik və firavanlıq naminə qətiyyətli addımlar atıb. Bu səylərin məntiqi nəticəsi olaraq, cari il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında Sülh Sazişi paraflanıb.

“Biz, Azərbaycan gəncləri, bu sülh gündəliyini tam dəstəkləyir, lakin eyni zamanda, onilliklər boyu davam edən münaqişədə həlak olmuş bütün günahsız insanların xatirəsini ehtiramla anır və müharibə cinayətkarlarının ədalət mühakiməsinə cəlb edilərək, cəzasızlığa birdəfəlik son qoyulacağına inanırıq”, – deyə bəyanatda vurğulanır.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Kimyoterapiya: Ümid və Təhlükə Arasında Balans – Araşdırma

Next

ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında “Amerikadan kənarda istehsal olunan bütün filmlərə rüsum tətbiq edəcəyini” açıqlayıb

Copyright 2026— Praqraf.com. All rights reserved