Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Sentyabr
  • 28
  • İlham Əliyev və Mehriban Əliyeva Gəncədə III MDB Oyunlarının açılış mərasimini izləyiblər

İlham Əliyev və Mehriban Əliyeva Gəncədə III MDB Oyunlarının açılış mərasimini izləyiblər

admin 28 Sentyabr 2025 7 minutes read
EWplChno7XhtAiX7heojYXxUmmFreGcl2A7yly1k_1200
PAYLAŞIN:

Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

Paraqraf.com xəbər verir ki, tədbirdən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşüblər.

Sonra dövlətimizin başçısı və birinci xanım açılış mərasimini izləyiblər.

Əvvəlcə Azərbaycan Respublikasının üçrəngli Bayrağı arenaya gətirilib və Dövlət Himnimizin sədaları altında ucaldılıb.

Sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı olub.

Açılış mərasimində Azərbaycan Bayrağını karateçimiz Asiman Qurbanlı və taekvondoçumuz Zemfira Həsənzadə arenaya gətiriblər.

Sonra III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov çıxış edərək dedi:

– Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Zati-aliləri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva.

Hörmətli qonaqlar, atletlər, məşqçilər və idmansevərlər.

Sizi Azərbaycanın qədim diyarı Gəncə şəhərində salamlayır, Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarına xoş gəlmisiniz deyirəm.

Bu gündən etibarən Gəncə və daha altı şəhərimiz – Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi III MDB Oyunlarına ev sahibliyi edəcək.

On gün davam edəcək yarışlarda Müstəqil Dövlətlər Birliyi ölkələrindən, həmçinin onlara qatılan Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən 2400 nəfərlik idman nümayəndə heyətləri iştirak edəcək.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətəni, qədim mədəniyyəti və zəngin tarixi olan Gəncə hazırda Müstəqil Dövlətlər Birliyinin idman paytaxtıdır.

Əminik ki, yeni istifadəyə verilən möhtəşəm Gəncə Stadionunda açılışını etdiyimiz bu idman oyunları dostluq, sülh, qarşılıqlı hörmət meyarlarına əsaslanan ədalətli mübarizə meydanı olacaq, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın genişlənməsinə, münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcək.

Azərbaycanda idmanın inkişafına böyük əhəmiyyət verilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq idman ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilmişdir. Azərbaycan müxtəlif illərdə ən mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməklə bacarıqlı təşkilatçı kimi özünü təsdiq etmişdir. Bakıda 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də müxtəlif növlər üzrə dünya və qitə çempionatları yüksək səviyyədə keçirilmişdir.

İnanırıq ki, III MDB Oyunları da bu baxımdan əlamətdar olacaq. Oyunların paytaxt Bakıdan kənarda keçirilməsi ölkəmizin regionlarında da güclü infrastrukturun, idmanın inkişafı üçün lazımi şəraitin yaradıldığını göstərir.

İrimiqyaslı idman yarışlarının ölkənin regionlarında təşkilinə göstərdiyi qayğıya və verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlığımızı ifadə edirik.

Təşkilat Komitəsi olaraq bildiririk ki, şəhərlərimiz MDB Oyunlarının keçirilməsinə, idmançıları azərbaycanlılara xas qonaqpərvərliklə qəbul etməyə tam hazırdır.

Əziz idmançılar və qonaqlar, əminik ki, Azərbaycan bu günlər ərzində sizin üçün ikinci eviniz kimi doğma olacaq. Siz gözəl və zəngin təəssürat toplayacaq, yeni dostlar qazanacaqsınız.

Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarında iştirak edən bütün atletlərə uğurlar arzulayırıq. Ümidvarıq ki, onların əzmkarlığı layiqincə qiymətləndiriləcək.

Bu idman bayramı ölkələrimiz arasında həmrəyliyin möhkəmlənməsində yeni bir mərhələ açacaq və Oyunların şüarında deyildiyi kimi, hər bir ürəkdə qələbə işığı yandıracaq.

Mərasim iştirakçılarını salamlayan Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Nurlan Seytimov dedi:

– Axşamınız xeyir, əziz dostlar. İcazə verin, sizi Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Nikolayeviç Lebedevin məktubu ilə tanış edim.

“III MDB Oyunlarının təşkilatçılarına, iştirakçılarına və qonaqlarına.

Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi adından sizi qonaqpərvər Azərbaycan Respublikasında keçirilən III MDB Oyunlarının açılışı münasibətilə ürəkdən salamlayıram.

Xalqlarımızın idman birliyinin parlaq rəmzinə çevrilən bu möhtəşəm idman hadisəsi yalnız atletlərin ən yüksək peşəkarlığını nümayiş etdirmək üçün bir platforma deyil, həm də MDB ölkələri arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, mədəniyyət və idman sahələrində çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edir.

MDB Oyunları idmanın dövrümüzün ən güclü həmrəylik simvollarından biri olduğunun bariz nümunəsidir. Bir neçə gün ərzində Azərbaycan Respublikasının yeddi şəhəri iştirakçıların və tamaşaçıların zövq alacağı möhtəşəm bir idman bayramına ev sahibliyi edəcək.

Bu keyfiyyətlər gəncləri yalnız uğurlu idmançılara deyil, həm də istənilən fəaliyyət sahəsində əsl liderlərə çevirir.

Əminəm ki, III MDB Oyunları Birliyin idman hərəkatı tarixində parlaq iz buraxacaq və humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

Bütün gənc atletlərə idman qələbələri, yeni rekordlar və şəxsi inkişaf arzulayıram. Qoy bu Oyunlar həm idman arenalarında, həm də ölkələrimizin rifahı naminə görülən yaradıcı işlərdə yeni nailiyyətlərə ruhlandırsın.

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Nikolayeviç Lebedev“.

Daha sonra idmançıların və onların məşqçilərinin andiçmə mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev III MDB Oyunlarını açıq elan edib.

Tədbir bədii hissə ilə davam edib.

Sonda Gəncə səması al-əlvan atəşfəşanlığa qərq olub.

Qeyd edək ki, Gəncə şəhəri III MDB Oyunlarının “İdman Paytaxtı” seçilib. Bu qərar MDB-yə üzv dövlətlərin Bədən Tərbiyəsi və İdman Şurasının Belarusun paytaxtı Minskdə keçirilən iclasında qəbul edilib.

Oktyabrın 8-dək davam edəcək III MDB Oyunlarında yarışlar 12 idman məkanında keçiriləcək və atletlər 23 idman növü üzrə 1694 medal (505 qızıl, 505 gümüş, 684 bürünc) uğrunda mübarizə aparacaqlar. Bundan əlavə, qalib komandaların uğuruna ən çox töhfə verən idmançıların da xüsusi mükafatlarla təltif edilməsi nəzərdə tutulub.

Xatırladaq ki, I MDB Oyunları 2021-ci ildə Rusiyanın Kazan şəhərində, II Oyunlar isə 2023-cü ildə Belarusun paytaxtı Minskdə keçirilib.

 

Paraqraf.com

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Yeni tapılmış canlı artıq yox olmaq üzrədir
Next: Netanyahu: “İsrail İranın zənginləşdirilmiş uranı harada saxladığını bilir”

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.