Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Növbəti diplomatik uğur: “Cənubi Qafqazda yeni çağın…”
ÖZƏLMANŞET

Növbəti diplomatik uğur: “Cənubi Qafqazda yeni çağın…”

27 Sentyabr 2025 2 Min Read
PAYLAŞIN:

“Prezident İlham Əliyevin BMT-nin 80-cı sessiyasında çıxışı ölkəmizlə ali qurumun münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir”.

Bu sözləri Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı Paraqraf.com-a açıqlamasında deyib.

O bildirib ki, dövlət rəhbərimiz ali kürsüdən BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz imkanları hesabına həll edən, sülh və əmin-amanlığı bərqərar edən və regionda yeni geosiyasi reallıqlar yaradan lider kimi bütün ölkələr üçün əhəmiyyətli, örnək götürə biləcəkləri fikirlər səsləndirdi, strateji “yol xəritəsi” təqdim etdi:

“Prezident İlham Əliyevin “Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq” fikri Ali Baş Komandan, xalq və ordu birliyinin təntənəsidir. Azərbaycan istər regional, istərsə də, qlobal proseslərdə, xüsusilə, sülh və təhlükəsizlik məsələrində dinamik, adekvat və müsbət nəticələrə hesablanmış addımlar atır. 

Ölkəmiz dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq münaqişədən əziyyət çəkən və təməl yaşamaq haqları tapdalanan bütün dövlətlərə özünün siyasi, iqtisadi, humanitar dəstəyini əsirgəmir. Bu uzun müddət münaqişədən, işğaldan, etnik təmizləmələrdən əziyyət çəkən Azərbaycan xalqının nümayiş etdirdiyi mənəvi prinsiplərdir”. 

Millət vəkili qeyd edib ki, ölkəmiz 30 il müddətində Ermənistanın işğalçı, təcavüzkar siyasətinə məruz qalmış və torpaqlarımızın 20 faizi işğal edilmişdi:

“İşğal müddətində rəsmi İrəvan beynəlxalq təşkilatların, xüsusilə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini icra etməkdən boyun qaçırmış və işğalı davam etdirib. Bununla yanaşı Azərbaycan və Ermənistan arasında keçmiş Qarabağ münaqişəsini nizamlamaq üçün təsis olunan ATƏT-in Minsk qrupuda qeyri-adekvat və səmərəsiz fəaliyyəti ilə yadda qalıb.

Dövlət rəhbərimizin həmsədr institutu ilə bağlı qeyd etdikləri “1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar” qrumun fəaliyyətsizliyi ilə əlaqədar birdaha hərkəsdə aydın fikir formalaşdırdı”.

Günay Ağamalı vurğulayıb ki, Prezident çıxışı zamanı avqustun 8-də Vaşinqtonda əldə olunan mühüm razılaşmaların, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasının və Zəngəzur dəhlizi fonunda iqtisadi perspektivlərin əhəmiyyətindən bəhs edərək Cənubi Qafqazda yeni çağın, yeni səhifənin açılmasını bir daha təsdiq etdi:

“Hesab edirəm ki, bu çıxış regionda yaranan yeni geosiyasi və geoiqtisadi konfiqurasiyanı qəbul etmək istəməyən qüvvələrə ünvanlanmış qəti mesajdır. Cənab Prezident İlham Əliyev ötən il Azərbaycanın uğurla ev sahibliyi etdiyi  beynəlxalq miqyaslı COP-29 tədbiri, əldə olunan tarixi nailiyyətlərin əhəmiyyəti fonunda ölkəmizin iqlim diplomatiyasının uğurlarını diqqətə çatdırdı.

Xüsusilə, Xəzər dənizinin üzləşdiyi problemlərin BMT tribunasından səsləndirilməsi beynəlxalq ictimaiyyətin nəzərinin  Xəzər hövzəsinə yönəlməsini şərtləndirəcək. Möhtərəm Prezident İlham Əliyevin BMT Baş Assambleyasının sessiyasında iştirakı, çıxışı və keçirdiyi məhsuldar görüşlər Azərbaycan diplomatiyasının növbəti uğurudur”. 

 

Aytac

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Səfirlik: ABŞ Cənubi Qafqazda sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək

Next

Rihanna gizlincə nikaha girib?

Copyright 2026— Praqraf.com. All rights reserved