Beynəlxalq Paralimpiya Komitəsinin hazırkı prezidenti, braziliyalı Endryu Parsons yenidən dörd illik yeni müddətə seçilib.
Paraqraf.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Səsvermə Beynəlxalq Paralimpiya Komitəsinin Seuldakı Baş Assambleyasında keçirilib. Parsons 109, onun rəqibi, Cənubi Koreyadan olan Don Xyon Be isə 68 səs toplayıb.
Qeyd edək ki, 48 yaşlı Parsons 2017-ci ildə Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti seçilib. Bu, onun üçüncü prezidentlik müddəti olacaq. Bundan əvvəl braziliyalı 2013-2017-ci illərdə təşkilatın vitse-prezidenti vəzifəsində çalışıb.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
