Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“Xarici dil yalnız dərs mühitində deyil, gündəlik həyatın bir hissəsinə çevrilməlidir” – Əmrah Həsənli
MANŞETÖZƏL

“Xarici dil yalnız dərs mühitində deyil, gündəlik həyatın bir hissəsinə çevrilməlidir” – Əmrah Həsənli

26 Sentyabr 2025 2 Min Read
PAYLAŞIN:

Universitetlərdə bəzi ixtisaslar Azərbaycan dili ilə yanaşı, həm də xarici dillərdə tədris olunur. Lakin tələbələrin ingilis və digər dillərdə sərbəst danışıq bacarıqları çox vaxt zəif qalır.

Məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Paraqraf.com-a açıqlamasında bildirib ki, Azərbaycan ali təhsil sistemində son illərdə ən çox müzakirə olunan mövzulardan biri məhz xarici dillərdə tədrisin effektivliyidir:


“Bir çox universitetlərdə ixtisasların ingilis, rus və ya digər dillərdə tədrisi nəzərdə tutulur. Amma bu yanaşma tələbələrin həmin dilləri sərbəst mənimsəməsini təmin etmir. Çox vaxt tələbələr fənləri qismən anlayır, lakin gündəlik ünsiyyət və peşəkar fəaliyyət üçün lazım olan danışıq bacarıqları zəif qalır. Bunun əsas səbəbi odur ki, bizdə uzun müddət dil öyrənməyə daha çox nəzəri yanaşılıb – qrammatika və qaydaların əzbərlədilməsi ön planda olub, praktik ünsiyyət isə ikinci plana keçib. Hazırda bu boşluğu doldurmaq üçün ali məktəblərdə hazırlıq proqramları təkmilləşdirilir, tələbələrə yalnız dil qaydaları deyil, həm də akademik yazı, dinləmə və danışıq vərdişləri öyrədilir”
.

Ekspertin sözlərinə görə, universitetlərdə xarici müəllimlərin dərslərə cəlb edilməsi də mühüm rol oynayır:
“Çünki tələbə real dil mühitinə düşmədən dili praktik öyrənə bilmir. Mübadilə və ikili diplom proqramlarının genişlənməsi isə tələbələrə müəyyən müddət xaricdə təhsil almaq, gündəlik həyatında dili aktiv istifadə etmək imkanı yaradır. Bu təcrübə çox zaman auditoriyada keçirilən ənənəvi dərslərdən qat-qat effektlidir”.

Əmrah Həsənli qeyd edib ki, tələbələrin dil bilikləri beynəlxalq standartlara uyğun qiymətləndirilir:

“Bəzi universitetlərdə TOEFL və IELTS imtahanlarına hazırlıq üçün xüsusi dəstək proqramları mövcuddur. Bundan başqa, əlavə kurslar, zəngin kitabxana resursları, onlayn platformalar və xarici ədəbiyyat bazaları tələbələrin istifadəsinə açılır. Lakin bütün bunlara baxmayaraq, hələ də ciddi problemlər qalır. Tələbələrin çoxu universiteti bitirdikdən sonra diplomunda tədris dili ingilis dili göstərilsə də, real ünsiyyətdə həmin dildən istifadə etməkdə çətinlik çəkir. Burada həm universitetlərin məsuliyyəti, həm də tələbənin şəxsi öhdəliyi önə çıxır. Xarici dil yalnız dərs mühitində deyil, gündəlik həyatın bir hissəsinə çevrilməlidir”.

Ekspert əlavə edib ki, universitetlər tələbələrin beynəlxalq layihələrdə iştirakını stimullaşdırmalı, xarici tələbələrlə təmas imkanlarını artırmalıdır:

“Əsas məqsəd ondan ibarətdir ki, tələbə yalnız ixtisasını deyil, həm də onu beynəlxalq səviyyədə təqdim edə biləcək dil bacarığını mənimsəsin. Çünki bu gün qlobal əmək bazarında rəqabət aparmaq üçün bilik və bacarıqla yanaşı, xarici dillərdə sərbəst danışmaq, yazmaq və düşünmək əsas şərtlərdəndir”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ssenaristə şərt qoydu

Next

Sağlam Gələcəyin Açarı: Tibb Dərsləri

Copyright 2026— Praqraf.com. All rights reserved