ABŞ prezidenti Donald Tramp Oval kabinetdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinə öz töhfəsini xatırladıb.
Paraqraf.com xəbər verir ki, Ağ Evin rəhbəri həmçinin Ankaranın regional proseslərə təsirini də vurğulayıb.
“Ərdoğan regionda inanılmaz nüfuza sahibdir. O, mənim həmişə xoşuma gəlib. O, sərt xarakterli bir insandır və ölkəsi üçün böyük işlər görür”, – deyə ABŞ lideri bildirib.
Xatırladaq ki, 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ prezidentinin iştirakı ilə 7 maddədən ibarət birgə bəyannamə imzalayıblar. Sənədin maddələrindən biri regional kommunikasiyaların açılması çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) işə salınmasını nəzərdə tutur. Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair Sazişi paraflayıblar.
Türkanə Səfərova, Paraqraf.com
![]()
