Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Yermek Koşerbayevin ölkənin xarici işlər naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Paraqraf.com xəbər verir ki, bu barədə “Akorda” nəşri məlumat verib.
60 yaşlı Yermek Koşerbayev Almatıdandır. 2020-2023-cü illərdə Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı səfiri vəzifəsində çalışıb. 2023-cü il iyunun 6-dan 2025-ci il fevralın 14-dək Şərqi Qazaxıstan vilayətinin akimi kimi fəaliyyət göstərib. Tokayev daha sonra onu respublikanın baş nazirinin müavini təyin edib.
Keçmiş xarici işlər naziri Murat Nurtleu Qazaxıstan prezidentinin beynəlxalq investisiya və ticarət əməkdaşlığı üzrə köməkçisi təyin edilib.
Paraqraf.com
![]()
Visited 11 times, 1 visit(s) today
