25–26 sentyabr tarixlərində bir qrup şəhid ailələri üçün Naftalan şəhərinə xüsusi səfər təşkil olunacaq. İki gün davam edəcək bu səfər çərçivəsində ailələr həm Naftalan sanatoriyalarında müalicə və istirahət imkanlarından yararlanacaq, həm də bölgənin tarixi və mədəni yerləri ilə tanış olacaqlar.
Səfər müddətində şəhid ailələri ilə Naftalan şəhərinin icra nümayəndələrinin görüşü də baş tutacaq.
Qeyd edək ki, layihə paraqraf.com-un təsisçisi Türkanə Səfərova və “Şəhid Ailələrinə Qayğı” Cəmiyyətinin Xəzər rayon sədri Şükufə Səfərovanın təşkilatçılığı ilə həyata keçirilir. Təşkilatçılar bildiriblər ki, bu təşəbbüsün əsas məqsədi şəhid ailələrinin sosial rifahına, mənəvi dəstəyinə və sağlamlıqlarının qorunmasına töhfə verməkdir.
Bu cür tədbirlər şəhid ailələrinə olan diqqət və qayğının bariz nümunəsidir və gələcəkdə də davamlı xarakter daşıyacaq.
Sənan İmanov, Paraqraf.com
![]()
