Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Sentyabr
  • 26
  • “Bədən dilini anlamaq, yalnız başqalarını oxumaq deyil, həm də özünü idarə etmək sənətidir” Təbriz Hacınski

“Bədən dilini anlamaq, yalnız başqalarını oxumaq deyil, həm də özünü idarə etmək sənətidir” Təbriz Hacınski

admin 26 Sentyabr 2025 6 minutes read
c72f106c-f122-4f93-b4d0-f22de58a5587
PAYLAŞIN:

Demək olar ki, hər gün jest və mimikalardan istifadə edirik. Münasibətdə olan insanlar bəzən bir-birinə qeyri-adi, maraqlı jestlər edir. Bir-birini dərindən tanıyan şəxslər isə qarşı tərəfin hansı hərəkətə necə reaksiya verəcəyini, yəni hansı mimikalardan istifadə edəcəyini çox yaxşı anlayır.

Bu barədə Paraqraf.com-a açıqlamasında Profayler, Şəxsi İnkişaf Mütəxəssisi, NLP Master Trainer Təbriz Hacınski bildirib ki, gündə minlərlə cümlə qursaq da, həyatımızın ən güclü mesajları sözlərlə deyil, bədənimiz vasitəsilə ötürülür:


“Sözlər aldada bilər, lakin bədən nadir hallarda yalan danışır. Bu, sərhəd tanımayan, tərcüməçiyə ehtiyac duymayan və bəzən sözlərdən daha çox şey deyən dildir. Hər birimiz gündə ortalama 3000-dən çox qeyri-verbal işarə göndəririk. Neurobioloqlar müəyyən edib ki, beynimiz bir insanı gördüyümüz ilk 7 saniyə ərzində onun haqqında 11 fərqli qərar verir və bunların çoxu şüuraltında baş verir.
Təsəvvür edin, bir otağa daxil olursunuz və heç kəslə danışmadan ətrafınızdakı insanların kimliyini, əhval-ruhiyyəsini, niyyətlərini, hətta düşüncələrini oxuya bilirsiniz. Bu bacarıq sosial, işgüzar və şəxsi həyatınızda böyük dəyişikliklər yarada bilər”.

Mütəxəssisin sözlərinə görə, insan əlaqələrinin dərin anlaşılması şəxsi inkişafın ən vacib istiqamətlərindən biridir. Başqalarının bədən dilini oxumağı öyrəndikcə, insan öz bədən dilini də şüurlu şəkildə idarə etməyi bacarır. Bu isə insanı daha güclü ifadə etmək, təsirli ünsiyyət qurmaq və hər bir situasiyada inamla davranmaq imkanı ilə təmin edir.

Təbriz Hacınski qeyd edib ki, uğur qazanan liderlərin, natiqlərin və iş adamlarının gizli silahlarından biri də məhz bədən dilindən ustalıqla istifadə etmələridir:

“Onlar bilir ki, necə dayanmaq, necə oturmaq, əllərini hara qoymaq və nə vaxt göz təması qurmaq lazımdır. Elmi araşdırmalar göstərir ki, “güclü duruş” yalnız ətrafdakıların sizi qavramasına təsir etmir, həm də qanımızda testosteron səviyyəsini artırır və stres hormonlarını azaldır. Yəni düzgün bədən dili insana həm daxildən, həm də zahirdən güc verir. Potensialınızı tam ortaya qoymaq üçün yalnız sözlərlə deyil, bütün varlığınızla danışmağı öyrənməlisiniz”.

Mütəxəssis əlavə edib ki, insan bədəni tarix boyunca dillərdən və mədəniyyətlərdən əvvəl var olmuş ünsiyyət vasitəsidir:

“İnsan danışan varlıqdır, amma dedikləri qədər demədikləri ilə də ünsiyyət qurur. Bəzən “yaxşıyam” sözünü eşidirik, amma gözlərdəki sönüklük həqiqəti açır. Liderin sözləri cazibədar ola bilər, lakin çiyinlərinin düşüklüyü, baxışlarının yayğınlığı bizdə inamsızlıq oyadır. Hər bir jest, mimika, duruş şüurlu və ya şüursuz olaraq iç dünyamızın, duyğularımızın və niyyətlərimizin göstəricisidir”.

Hacınski bildirib ki, bədən dili jestlər, mimikalar, duruş, göz təması, səs tonu, yeriş və hətta nəfəs ritmindən ibarət kompleks sistemdir. Onun öyrənilməsi ilə məşğul olan elm sahəsi kinesika adlanır. Bu termin ilk dəfə 1950-ci illərdə amerikalı antropoloq Ray Birdwhistell tərəfindən elmi ədəbiyyata gətirilib. O, gündəlik ünsiyyətdə 250 mindən çox bədən hərəkəti forması olduğunu vurğulayıb.

Kinesika həm psixologiya, həm də antropologiya ilə bağlıdır. Çünki bədən hərəkətlərinin kökləri həm bioloji instinktlərə, həm də mədəniyyətin formalaşdırdığı davranış normalarına söykənir.

Nümunələr:
Qolları açmaq – dostluq, təhlükəsizlik siqnalı
Qaşları çatmaq – aqressiya, qorxutma
Başın aşağı əyilməsi – itaət, hörmət
Açıq əllər – səmimiyyət, etimad
Əlləri sinədə çarpazlamaq – müdafiə, məsafə saxlamaq istəyi
Barmaqları masaya döymək – səbirsizlik
Saçlarla oynamaq – həyəcan, diqqət çəkmə ehtiyacı
Dik duruş – özünə inam, liderlik
Çiyinlərin əyilməsi – yorğunluq, inamsızlıq

Bədən dili yalnız jestlərdən ibarət deyil, həm də insanların bir-biri ilə saxladığı məsafədən ibarətdir. Bu sahə proksemika adlanır:

Çox yaxın məsafə – şəxsi münasibət və emosional yaxınlıq
Orta məsafə – dostluq və işgüzar münasibətlər
Uzaq məsafə – rəsmi və yad münasibətlər

Eyni zamanda, üz ifadələri insan psixologiyasının ən birbaşa göstəricisidir. Psixoloq Paul Ekman-ın araşdırmalarına görə, bütün bəşəriyyət üçün ortaq olan 7 əsas emosional mimika mövcuddur:
1. Sevinc
2. Kədər
3. Hirs
4. Qorxu
5. Təəccüb
6. Nifrət
7. İkrah

Mimikalar iki hissəyə bölünür:

Makromimikalar (gündəlik emosiyalar) və Mikromimikalar (saniyənin 1/25-də üzə çıxan gizli ifadələr). Mikromimikalar əsasən yalan və ya gizlədilən informasiyaları aşkar edir. Onların təhlili FACS (Facial Action Coding System) üz əzələlərinin kodlaşdırılması sistemi ilə aparılır. Təbriz Hacınski 2010-cu ildən Azərbaycanda bu layihəyə rəhbərlik etdiyini də vurğulayıb.

Mütəxəssisin fikrincə, bədən dilini öyrənmək və ondan şüurlu istifadə etmək şəxsi münasibətlərdə anlaşmanı artırır, iş mühitində liderlik və inandırma bacarıqlarını gücləndirir, ictimai çıxışlarda isə təsir gücünü yüksəldir.

Sözlər unudula bilər, amma bədən hərəkətləri yadda qalır. Ona görə də bədən dilini anlamaq yalnız başqalarını oxumaq deyil, həm də özünü idarə etmək sənətidir.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 12 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Cadu ilə məşğul olmaq İslamda böyük günahdır” – Tural İrfan
Next: Gecə bu ərazilərdə işıq olmayacaq

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.