27 Sentyabr – Anım Günü
Bu gün biz Azərbaycan xalqının ən şanlı, eyni zamanda ən kədərli səhifəsini birlikdə xatırlayırıq. 27 sentyabr Vətən müharibəsinin başlandığı gündür. Həmin gün vətənimizin igidləri öz canlarını Vətən torpaqlarının azadlığı üçün fəda etdilər.
Onların qəhrəmanlığı sayəsində bu gün biz işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımızı ucaldırıq. Hər bir şəhidimizin adı Azərbaycan tarixinin şərəfli səhifəsinə qızıl hərflərlə yazılıb.
Biz bu günü təkcə hüznlə deyil, həm də qürurla anırıq. Çünki şəhidlərimiz öz qanları ilə gələcək nəsillərə azad və güclü bir Azərbaycan bəxş etdilər.
Əziz şəhidlərimizin, qazilərimiz, əsgərlərimizin fədakarlığı heç vaxt unudulmayacaq.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı arzu edirik !
Aytac Məhərrəmova
Paraqraf.com
![]()
