2025-ci il sentyabr ayının 12-21 tarixlərində İtaliyanın Lido Jesolo şəhərində kikboksinqin WAKO versiyası üzrə Gənclər, Yeniyetmələr və Kadetlər arasında keçirilən Avropa Çempionatında Milli komandamız yüksək nəticə göstərib.
Mövzu ilə bağlı Xocalı Xankədi idman klubun Baş məşqçisi Əli Cəfərov Paraqraf.com-a bildirib ki, ümumilikdə, milli komandamız 5 Qızıl, 6 Gümüş və 10 Bürünc medal qazanaraq bu mötəbər yarışda iştirak edən 41 ölkə arasında 14-cü pilləyə yüksəlib:
“Xocalı Xankəndi idman klubunun yetirmələri milli yığlma komandanın üzvləri-Əliyev Samir Avropa çempionu olub, Həsən Nəsirov isə Avropa çempionatında ikinci yeri tutub. Həsən və Samirin şəxs məşqçisi Əli Cəfərovdur”.
Sonda isə Əli Cəfərov bu mötəbər yarışda dəstəyə görə Azərbaycan kikboksinq federasiyasının Fəxri prezidenti Adil Əliyev müəllimə , AKF prezidenti Orxan Əliyev müəllimə,AKF vitse-prezidenti Azər Aslanov müəllimə, həmçinin yarışda bizimlə çiyin-çiyinə birgə hər an yanımızda olub, bizə dəstək olan AKF vitse-prezidenti Eduard Məmmədov müəllimə, Sumqayıt-Abşeron regional filialın sədri Ədalət Şükürova təşəkkürlərini bildirib. Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan kikboksinq federasiyası 🇦🇿✊!




Təşəkkürlərr!
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
