Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/İmişlidə Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası – Fotolar
CƏMİYYƏT

İmişlidə Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası – Fotolar

25 Sentyabr 2025 1 Min Read
PAYLAŞIN:

Respublikamızın bütün bölgələrində olduğu kimi, İmişli rayonunda da 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

“Paraqraf.com” xəbər verir ki, belə tədbilərdən biri sentyabrın 23-də İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasıdır.

Aksiyada İmişli RİH başçısı Elçin Rzayev, icra Aparatının məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin aidiyyəti xidmət təşkilatlarının işçiləri iştirak ediblər.

Tədbir çərçivəsində İmişli şəhərinin Bayraq Meydanı ətrafında 50-dən artıq müxtəlif növ ağac əkilib və suvarma işləri aparılıb. Yaşıllıqların qorunması məqsədilə ərazidə müvafiq tədbirlər həyata keçirilib, mövcud ağaclara isə aqrotexniki qaydada qulluq göstərilib.

Qeyd edək ki, bu cür aksiyalar şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq, onların qəhrəmanlıqlarını gənc nəsillərə örnək göstərmək məqsədini daşıyır.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Leyla Əliyeva Nyu-Yorkdan ailəvi fotolarını paylaşdı

Next

Bu qış çayınıza dondurulmuş limon atın

Copyright 2026— Praqraf.com. All rights reserved