Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Sentyabr
  • 25
  • BMT-nin iki tədbirinin gələn il Azərbaycanda keçirilməsi əməkdaşlığımızın əsas istiqamətlərini ehtiva edir RƏY

BMT-nin iki tədbirinin gələn il Azərbaycanda keçirilməsi əməkdaşlığımızın əsas istiqamətlərini ehtiva edir RƏY

admin 25 Sentyabr 2025 8 minutes read
1758725312450476806_1200x630
PAYLAŞIN:

Azərbaycanın BMT ilə münasibətləri dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə həm diplomatik, həm də hüquqi baxımdan böyük əhəmiyyət kəsb edən proses olub. 1992-ci il martın 2-də Azərbaycan BMT-yə üzv qəbul edilib və bu addım ölkəmizin beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynayıb. Azərbaycan 156-cı üzv dövlət kimi BMT-yə qoşulub, bu, yeni müstəqil dövlətin beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməsi üçün hüquqi və siyasi baza yaradıb. Bu, həm də Azərbaycanın gələcək illərdə beynəlxalq təşkilatlarla fəal əməkdaşlığının bünövrəsini qoyan tarixi qərardır. Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın BMT ilə əlaqələri qısa müddətdə məzmunlu tərəfdaşlıq müstəvisinə qalxıb. 1994-cü ildə Ulu Öndərin BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxışı Azərbaycanın beynəlxalq platformalarda mövqeyinin ifadə olunmasında yeni mərhələnin başlanğıcıdır. Bu çıxış yalnız formal xarakter daşımırdı, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini BMT tribunasından bütün dünyaya çatdırmaq baxımından mühüm addım idi. Sonrakı illərdə də Heydər Əliyev BMT-nin müxtəlif yüksəksəviyyəli tədbirlərində çıxış edərək Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini ardıcıl şəkildə müdafiə edib.

Paraqraf.com Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti Azərbaycanın BMT ilə əməkdaşlığında ən mühüm istiqamət olub. Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd qətnamə ilə Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verib və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edib. Lakin həmin sənədlərin icra olunmaması BMT mexanizmlərinin zəifliyini ortaya qoyub.

“Azərbaycan uzun illər bu qətnamələrin yerinə yetirilməsini tələb etsə də, beynəlxalq ictimaiyyətin susqunluğu nəticəsində 2020-ci ildə öz ərazilərini hərbi-siyasi yolla azad etməyə məcbur oldu. 44 günlük Vətən müharibəsi BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququnun ən bariz nümunəsi idi. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq hüquqa sadiqliyinin və öz suveren hüquqlarını qoruma əzmindən geri çəkilmədiyinin göstəricisidir.

Azərbaycanın humanitar gündəliyi də BMT ilə münasibətlərdə mühüm yer tutur. Ermənistanın işğalı nəticəsində 3890 Azərbaycan vətəndaşının itkin düşməsi faktı mütəmadi olaraq BMT Baş Assambleyasında gündəmə gətirilir. Azərbaycan bu məsələdə xüsusi məruzəçi institutunun yaradılmasını təklif edərək, beynəlxalq ictimaiyyəti daha səmərəli fəaliyyət göstərməyə çağırır. Bu problem sülh gündəliyinin də mühüm tərkib hissəsidir və ayrıca maddə ilə şərtləndirilib. Eyni zamanda, mina təhlükəsi işğaldan azad olunmuş ərazilərin inteqrasiyasına ən böyük maneələrdən biri olaraq BMT-də qaldırılan prioritet məsələlərdəndir. Azərbaycan bu problemi Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə birbaşa əlaqələndirərək mina təmizlənməsini yeni bir məqsəd kimi irəli sürüb və hətta milli səviyyədə “DİM 18” qəbul edib. Bu yanaşma Azərbaycanın təkcə milli deyil, həm də beynəlxalq miqyasda innovativ və qabaqcıl təşəbbüslərlə çıxış etdiyini göstərir”, – deyə deputat bildirib.

O, ölkəmizin üzv dövlət kimi, BMT-də islahatların zəruriliyini xüsusi vurğuladığına diqqət çəkib: “Prezident İlham Əliyev dəfələrlə Təhlükəsizlik Şurasının müasir beynəlxalq reallıqlara uyğunlaşdırılmasının vacibliyini bildirib. Onun fikrincə, Şurada yeni daimi üzvlərin təmsil olunması, xüsusilə İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına bir yer ayrılması qlobal ədalətlilik baxımından labüddür. Bu mövqe Azərbaycanın yalnız milli maraqlarını deyil, həm də Qlobal Cənub ölkələrinin maraqlarını müdafiə etdiyini nümayiş etdirir. Azərbaycan beynəlxalq münasibətlərdə balanslaşdırılmış və prinsipial mövqeyi ilə dünya nizamının daha ədalətli və inklüziv olması üçün təşəbbüslər irəli sürür. Azərbaycan həm Qoşulmama Hərəkatına sədrliyimiz dövründə, həm UNFCCC COP29-a ev sahibliyimiz zamanı, həm də COVID-19 pandemiyası zamanı Qlobal Cənubun maraqlarının qorunmasını təmin etmiş, dekolonizasiya, iqlim dəyişmələri, ədalətlilik, bərabərlik kimi bu ölkələri narahat edən mövzularda dəstəyini ifadə etmiş və böyük töhfə vermişdir.

Cənubi Qafqazda yeni nizam, yeni reallıq yaradan tarixi Zəfərdən sonra məhz, Prezident İlham Əliyevin təşəbbüsü və müəllifliyi ilə bütün Azərbaycan xalqının gözlədiyi ədalətli sülh gündəliyi irəli sürüldü. Bu il avqustun 8-də “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması ABŞ liderinin şahidliyi ilə baş tutub”.

P.Vəliyeva vurğulayıb ki, BMT Baş katibi Antonio Quterreş, 2025-ci il 9 avqust tarixli bəyanatında, ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında əldə olunmuş sülh üzrə razılaşmaları Ermənistan və Azərbaycan arasındakı münasibətlərin normallaşması istiqamətində mühüm bir addım olaraq alqışlayıb. Baş katib Azərbaycan və Ermənistan liderlərinin bu istiqamətdəki sadiqliyini yüksək qiymətləndirib, davamlı etimad quruculuğunun zəruriliyini vurğulayıb. Eyni zamanda, Cənubi Qafqazda sülhün davamlı təmini üçün BMT-nin bütün səylərə güclü dəstəyini bir daha təsdiq edib.

“BMT-nin 80 illiyi ərəfəsində, təşkilatda islahatların həyata keçirilməsi məqsədilə Baş katib tərəfindən mart ayında “UN80” təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs BMT-nin fəaliyyəti və strukturlarının müasirləşdirilməsi, eləcə də daha effektiv və imkanları daha geniş olan bir təşkilat halına gəlməsi məqsədini güdür. “UN80” təşəbbüsü çərçivəsində, Azərbaycanın da üzvü olduğu G77 və Çin qrupu islahatların inkişaf etməkdə olan ölkələrə göstərilən dəstəyi azaltmamasını, BMT-nin resurslarından daha ədalətli şəkildə faydalanmasını təmin etmək olduğunu vurğulayır. Bu yanaşma BMT-nin qlobal miqyasda ədalət, bərabərlik və əməkdaşlıq prinsiplərinə sadiqliyini əks etdirir.

Ötən il isə Azərbaycan BMT-nin ən mötəbər tədbiri COP29-a uğurlu ev sahibliyi edib. 2026-cı ildə isə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə 13-cü Dünya Şəhərsalma Forumuna və BMT-in Ətraf Mühit Proqramı (UNEP) ilə birgə Ümumdünya Ətraf mühit günü olmaqla daha iki BMT tədbirinə ölkəmiz ev sahibliyi edəcək. Bu isə ölkəmizin gələcək illərdə BMT ilə əməkdaşlığının əsas istiqamətlərini ehtiva edir. Beləliklə, Azərbaycan həm regional təhlükəsizliyin təminatçısı, həm də qlobal idarəetmənin ədalətli prinsiplərlə yenidən formalaşması üçün təkliflər irəli sürən bir dövlət kimi çıxış edir. Ölkəmizin beynəlxalq təşkilatlarda aktiv fəaliyyəti və prinsipial mövqeyi göstərir ki, Azərbaycan yalnız öz hüquqlarını müdafiə etmir, həm də beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün real töhfələr verir”, – deyə deputat vurğulayıb.

 

Paraqraf.com

Loading

Visited 2 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ərdoğan və Culani: Türkiyə-Suriya münasibətlərində yeni mərhələ
Next: Türkiyə ABŞ-la çoxmilyardlıq sazişlər imzaladı – foto

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.