Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Sentyabr
  • 25
  • ADY ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır – Cədvəl

ADY ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır – Cədvəl

admin 25 Sentyabr 2025 5 minutes read
qatar
PAYLAŞIN:

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi, xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır.

“Paraqraf.com” xəbər verir ki, Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində – 28 sentyabr 2025-ci il tarixindən etibarən müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək.

Qrafikə əsasən, qatar hər gün saat 05:45-də Gəncədən yola düşərək 06:57-də Mingəçevir şəhər stansiyasına çatacaq, saat 07:15-də Mingəçevirdən Gəncə–Ağstafa istiqamətində hərəkət edərək 08:26-da Gəncə, 09:48-də isə Ağstafada olacaq. Günün ikinci yarısında reyslər saat 16:00-da Ağstafadan başlayacaq, qatar saat 17:19-da Gəncəyə, 18:36-da Mingəçevir şəhər stansiyasına çatacaq. Saat 19:00-da Mingəçevirdən yola düşən qatar 20:11-də Gəncədə olacaq.

Sərnişinlər Mingəçevir, Mingəçevir-baş, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa stansiyalarından istifadə edə biləcəklər.

Qatarlarda standart, standart+ biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Gəncə–Mingəçevir istiqamətində biletlərin minimum qiyməti 2,60 AZN, Mingəçevir–Ağstafa istiqamətində isə 6,80 AZN təşkil edəcək.
Sərnişinlər səfər zamanı ödənişsiz “Wi-Fi” xidmətindən də yararlana biləcəklər.

Biletləri 25 sentyabr tarixindən etibarən ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

ADY qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Mingəçevir sahəsində dəmir yollarında yenidənqurma işləri həyata keçirib. Həmçinin Mingəçevir şəhər stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı yenilənib.

Gəncə–Mingəçevir–Ağstafa marşrutunun istifadəyə verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım gözlənilir. İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik 100 minə yaxın sərnişin daşınacaq.

Gəncə–Mingəçevir–Ağstafa marşrutunun açılması bu istiqamətlərdə səfər edən, Mingəçevir və Gəncə şəhərləri, Tovuz və Ağstafa rayonları, Goran, Dəllər və Qovlar qəsəbələrində yaşayan insanlar üçün nəqliyyatın mobilliyinin təmin edilməsinə, eyni zamanda, Mingəçevir əhalisinin də daha rahat, təhlükəsiz və sərfəli səyahət etməsinə xidmət edəcək. Ümumilikdə yeni marşrutun açılması qeyd edilən bölgələrin sosial-iqtisadi inkişafına, eləcə də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, paytaxt və regionların tarazlı inkişafına dəstək verəcək, o cümlədən Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına şərait yaradacaq.

Qeyd edək ki, Gəncə, Tovuz və Ağstafaya ənənəvi olaraq Bakı–Qazax–Bakı marşrutu ilə hər gün hər iki istiqamətdə olmaqla, eyni zamanda, həftəiçi hər gün Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslərlə səfər etmək olar.

ADY Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha da əlçatan etməyi və xidmət coğrafiyasını genişləndirməyi hədəfləyir. Bu məqsədlə sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar tətbiq edir. 2023-cü ildə ilk dəfə Bakı–Qəbələ–Bakı marşrutu istifadəyə verilib, 2024-cü ildə yeni qatarların xəttə buraxılması ilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslər artırılıb və Ləki və Ucar stansiyalarına dayanacaq verilib, bir sıra stansiya və dayanacaqlarda, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz “Wi-Fi” xidməti aktivləşdirilib. 2025-ci ilin əvvəlində Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşıma bərpa olunub, iyunun 15-də Bakı–Ağstafa–Bakı marşrutu Qazaxa qədər uzadılıb, avqustun 30-da isə Bakı–Ağdam–Bakı xətti açılıb. Bakıdan Ağdama reyslərin təşkili Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artıracaq, Ağdam və ətraf rayonların sosial-iqtisadi dirçəlişinə imkan verəcək.

 

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Qarabağ” 5 min cərimələndi
Next: BMT-də “insan haqları və zəif qruplar” adı ilə Qarabağ ermənilərini gündəmə qaytarmaq cəhdi…

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.