Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Sentyabr
  • 24
  • Tramp–Zelenski görüşü: Müharibənin gedişatında yeni mərhələ?

Tramp–Zelenski görüşü: Müharibənin gedişatında yeni mərhələ?

admin 24 Sentyabr 2025 2 minutes read
6683abf8-91c2-46d5-a8d8-35b88e001c5b
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp BMT-nin mənzil-qərargahında Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb. Bu görüş Ukrayna cəbhəsində və ümumilikdə müharibənin gələcək trayektoriyasında mühüm siqnallar kimi qiymətləndirilir.

Politoloq Tural İsmayılov Paraqraf.com-a açıqlamasında bildirib ki, Trampın Zelenski ilə təması Vaşinqtonun Kiyevlə dialoqu davam etdirmək niyyətini açıq göstərir:


“ABŞ artıq Ukraynanı hərbi cəbhədə deyil, danışıqlar masasında daha aktiv görmək istəyir. Trampın ritorikasında silah dəstəyindən çox diplomatik həll yollarına üstünlük verildiyi hiss olunur. Bu, həm də Rusiya ilə bağlı sərt ritorikanın yumşaldılacağına, Moskva ilə yeni münasibət formatlarının axtarılacağına işarədir”
.

Politoloqun sözlərinə görə, ABŞ-Ukrayna-Rusiya münasibətləri artıq qarşıdurmadan çox balans axtarışına yönəlir:

“Zelenskinin əsas gözləntisi təhlükəsizlik zəmanəti və davamlı dəstəkdir. Ancaq Tramp Ukraynanın müharibəni uzatmaq əvəzinə siyasi çıxış yollarına diqqət ayırmasını istəyir. Bu mövqe həm ABŞ ictimaiyyətində, həm də Avropada artan müharibə yorğunluğunun təzahürüdür”.

Trampın Çin və Hindistana ünvanladığı mesajlara da toxunan Tural İsmayılov qeyd edib ki, bu, qlobal enerji siyasəti ilə bağlıdır:

“Çin və Hindistan Rusiya neftini almaqda davam etdikcə, Kreml iqtisadi nəfəs qazanır. Tramp isə açıq şəkildə göstərir ki, müharibənin uzanmasında təkcə Qərbin deyil, Şərqin də mövqeyi rol oynayır. Bu, ABŞ-ın Ukrayna böhranını qlobal güc mübarizəsinin bir hissəsi kimi təqdim etdiyini göstərir”.

Ekspertin fikrincə, Tramp–Zelenski görüşü simvolik xarakter daşısa da, yaxın perspektivdə diplomatik həll üçün mühüm platforma rolunu oynaya bilər.

Kəmalə Vəliyeva, Paraqraf.com

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: SDU-da yeni kadr təyinatı
Next: İlhamə Elşadqızı 3 il həbs olundu

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.