Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/SDU-da yeni kadr təyinatı
ELM VƏ TƏHSİLÖZƏL

SDU-da yeni kadr təyinatı

24 Sentyabr 2025 1 Min Read
PAYLAŞIN:

Sumqayıt Dövlət Universitetində növbəti kadr təyinatı həyata keçirilib. Rektor v.i.e., professor Əminağa Sadıqovun əmrinə əsasən, Aysel Eminova Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Aysel Eminova 2006-cı ildə 617 balla Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub və 2010-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Daha sonra təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində davam etdirərək MBA proqramını (ingilis dilində) uğurla başa vurub. 2015-ci ildə ABŞ-nin Virciniya ştatında bir il yaşamış, könüllü fəaliyyətlə məşğul olmuşdur.

Onun peşəkar fəaliyyət yolu 2017-ci ildən Sumqayıt Dövlət Universiteti ilə bağlıdır. Bu illər ərzində Linqvistik Mərkəzdə tərcüməçi-metodist, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsində, Layihələrin idarə edilməsi şöbəsində baş mütəxəssis, eləcə də Reytinqlərlə iş bölməsinin müdiri kimi müxtəlif vəzifələrdə çalışıb. Hazırda SDU-nun Biznesin təşkili və idarə edilməsi kafedrasında doktorant və müəllim kimi fəaliyyətini davam etdirir. Onun dissertasiya mövzusu “Rəqabət şəraitində müəssisənin dayanıqlılığının qiymətləndirilməsi”dir.

Aysel Eminova beynəlxalq tədbir və layihələrdə də fəal iştirak edib. ABŞ, Türkiyə, İsveç, Çin, Rusiya və Səudiyyə Ərəbistanında keçirilən nüfuzlu forum və təlimlərdə ölkəmizi təmsil edib. Onun iştirak etdiyi proqramlar sırasında “Choose Leadership” (ABŞ), UNESCO-nun ADA Universitetində təşkil etdiyi workshop, Erasmus+ layihələri, “Future Minerals Forum” (Riyad), “Qlobal Dayanıqlı İnkişaf Konqresi 2025” (İstanbul), “Kəmər və Yol Universitetləri Alyansının Forumu” (Çin) və digər mühüm tədbirlər yer alır.

Elmi fəaliyyətinə də xüsusi önəm verən Eminova indiyədək yerli və xarici elmi jurnallarda, beynəlxalq konfranslarda 15 məqalə və tezisi ilə çıxış edib.

Həsən Məmmədov
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ruben Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənilib

Next

Tramp–Zelenski görüşü: Müharibənin gedişatında yeni mərhələ?

Copyright 2026— Praqraf.com. All rights reserved