Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/KİV: ABŞ “Taliban”la razılaşma ərəfəsindədir
DÜNYAÖZƏL

KİV: ABŞ “Taliban”la razılaşma ərəfəsindədir

24 Sentyabr 2025 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Trampın administrasiyası Əfqanıstandakı Baqram aviabazasına nəzarətin ABŞ ordusuna verilməsi ilə bağlı “Taliban”la danışıqları intensivləşdirib.

Paraqraf.com xəbər verir ki, bu barədə “Intelligence Online” məlumat yayıb.

ABŞ nümayəndə heyətinin sentyabrın 13-də Kabilə səfəri zamanı təkcə məhbus mübadiləsi deyil, digər mövzular da müzakirə olunub. ABŞ-nin Əfqanıstanda öz hərbi mövcudluğunu bərpa etmək ərəfəsində olduğu iddia edilir.

Bildirilir ki, Vaşinqton Kabillə sövdələşməni nəzərdən keçirir. Bu, Baqram aviabazasına giriş müqabilində “Taliban” hökumətinin ABŞ tərəfindən rəsmən tanınması, Əfqanıstan banklarının SWIFT sisteminə çıxışının bərpası və Kabilin ABŞ-dəki maliyyə aktivlərinin blokdan çıxarılması ola bilər. Bundan əlavə, ABŞ Əfqanıstanın mineral ehtiyatlarına, xüsusən də dünyanın ən böyük litium ehtiyatlarına çıxış əldə etmək niyyətindədir.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Nazir: “ABŞ Avropaya tədarük olunan Rusiya neft-qazını tam əvəzləməyə hazırdır”

Next

Kamala Harris Co Baydenə qarşı incikliyindən danışdı

Copyright 2026— Praqraf.com. All rights reserved