Narkotik ittihamı ilə mühakimə olunan, özünü şair-tiktoker kimi təqdim edən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Anar Sadıqovun sədrlik etdiyi hakim heyəti onu ittiham üzrə təqsirli bilib. Hökmə əsasən, İlhamə Elşadqızı 3 il müddətinə azadlıqdan məhrum edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə – satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddə saxlama və ya daşıma ittihamı irəli sürülmüşdü.
İlhamə Elşadqızı isə məhkəmədə özünü günahsız olduğunu bildirib.
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
