Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Əliyevlə Ərdoğan İrəvana səfər edəcək?
DÜNYA

Əliyevlə Ərdoğan İrəvana səfər edəcək?

24 Sentyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin yazında İrəvana səfər edəcəkləri barədə iddia yayılıb.

Paraqraf.com xəbər verir ki, bu haqda Ermənistanın “Respublika naminə” partiyasının lideri Arman Babacanyan ölkəsinin “Civic.am” portalına müsahibəsində danışıb.

Bildirilib ki, liderlərin səfəri İrəvanda Avropa Siyasi Birliyinin sammitində iştirak üçün nəzərdə tutulub. Babacanyanın sözlərinə görə, eyni zamanda ABŞ Prezidenti Donald Trampın da tədbirə dəvət edilməsi istiqamətində diplomatik səylər aparılır.

Partiya lideri qeyd edib ki, Azərbaycan və Türkiyə liderlərinin sammitdə iştirakı dialoqun və regionda dinc münasibətlərin möhkəmləndirilməsi yolunda vacib addım olacaq.

Sözügedən iddiaya Türkiyə mediasında da rast gəlmək olar. Belə ki, “Türkiye Gazetesi” həmin xəbəri dərc edərək “Azərbaycan və Ermənistan arasında II Qarabağ müharibəsindən sonra imzalanan atəşkəs və sülh razılaşmasının ardından Bakı-İrəvan xəttində buzlar əriməyə davam edir” şərhini verib.

Məlumat üçün bildirək ki, Avropa Siyasi Birliyinin növbəti sammiti bu ilin oktyabr ayında Kopenhagendə baş tutacaq. 2026-cı ildə isə birliyin sammitləri Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.

Xatırladaq ki, avqustun 7-8-də ABŞ-də Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsi paraflanıb.

Kəmalə Vəliyeva, Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İlhamə Elşadqızı 3 il həbs olundu

Next

Bakının mərkəzindəki yanğın söndürüldü – Yenilənib

Copyright 2026— Praqraf.com. All rights reserved