Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Quterreş Bakü və İrəvan arasında sülh razılaşmaları barədə
DÜNYAÖZƏL

Quterreş Bakü və İrəvan arasında sülh razılaşmaları barədə

23 Sentyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunmuş sülh razılaşmaları bütün dünya üçün müsbət hadisədir.

Paraqraf.com xəbər verir ki, bunu bu gün BMT Baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.

Baş katib bütün dünyada, o cümlədən Qəzza sektorunda məskunlaşma ekspansiyası, zorakılıq və ilhaq təhlükəsi də daxil olmaqla, davam edən silahlı münaqişələrə son qoymağa çağırıb.

“Dünyanın hər yerində — Haitidən Yəmənə, Myanmadan Sahel bölgəsinə qədər biz beynəlxalq hüquqa əsaslanan sülh yolunu seçməliyik. Keçən il ümid işartıları yarandı: məsələn, Kamboca ilə Tailand arasında atəşkəs və ABŞ vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşma. Amma çoxsaylı böhranlar hələ də nəzarətsiz qalır”, — deyə baş katib vurğulayıb.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev 7–8 avqust tarixlərində Vaşinqtonda səfərdə olub. Səfər çərçivəsində Azərbaycan və Ermənistan liderləri ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə birgə bəyannamə imzalayıblar. Bundan əlavə, hər iki ölkənin xarici işlər nazirləri üç ölkə liderlərinin iştirakı ilə Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişi paraflayıblar.

Türkanə Səfərova, Paraqraf.com

Loading

Author

redaktor

Follow Me
Other Articles
Previous

Bakıda İnvestisiya Forumu: 10 milyard dollardan artıq məbləğdə sazişlər imzalandı

Next

Ermənistan prezidenti də Azərbaycanla bağlanacaq sülhdən DANIŞDI

Copyright 2026— Praqraf.com. All rights reserved