Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/KİV: “İlon Maskın atası öz uşaqlarına qarşı seksual zorakılıqda üç dəfə ittiham olunub”
DÜNYA

KİV: “İlon Maskın atası öz uşaqlarına qarşı seksual zorakılıqda üç dəfə ittiham olunub”

23 Sentyabr 2025 1 Min Read
PAYLAŞIN:

Cənubi afrikalı iş adamı, milyarder İlon Maskın atası Errol Mask doğma övladlarına, ögey oğul və qızlarına qarşı seksual xarakterli zorakılıqda dəfələrlə ittiham olunub.

Paraqraf.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti polis sənədlərinə, məhkəmə protokollarına, Mask ailəsinin üzvləri ilə söhbətlərə və digər mənbələrə istinadən yazır.

Məlumata görə, Errol Mask üç dəfə evlənib və onun doqquz doğma və ögey uşağı var. Qəzet yazır ki, iş adamını uşaqlara qarşı cinsi zorakılıqda ilk dəfə 1993-cü ildə dörd yaşlı ögey qızının ona toxunduğunu qohumlarına danışmasından sonra ittiham ediblər.

Daha sonra digər qohumlar onu öz iki doğma qızına və ögey oğluna cinsi qısnamada ittiham ediblər.

Ən son ittiham 2023-cü ilə aiddir – həmin vaxt Errol Maskın beş yaşlı oğlu qohumlarına və sosial işçilərə atasının ona toxunduğunu danışıb.

Polis Maskla bağlı bu cür işlər üzrə üç dəfə araşdırma açıb. İki iş bağlanıb, üçüncünün nəticəsi isə məlum deyil.

İlon Maskın özü bir neçə müsahibəsində atası ilə ünsiyyətdə olmadığını və onun təsəvvür edilə biləcək az qala hər pisliyi etdiyini bildirib.

Kəmalə Vəliyeva, Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Adnan Əhmədzadənin vəkili dövlət qurumunda işləyirmiş? – Foto

Next

Türkiyə Prezidenti: “Suriyada sabitlik möhkəmləndikcə, bunun qazananı qonşu ölkələr olacaq”

Copyright 2026— Praqraf.com. All rights reserved