Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Ermənistan prezidenti də Azərbaycanla bağlanacaq sülhdən DANIŞDI
ÖZƏLSİYASƏT

Ermənistan prezidenti də Azərbaycanla bağlanacaq sülhdən DANIŞDI

23 Sentyabr 2025 1 Min Read
PAYLAŞIN:

Nyu-Yorka işgüzar səfəri çərçivəsində Ermənistan Respublikasının prezidenti Vaaqn Xaçaturyan Afrika və Yaxın Şərqə həsr olunmuş Avropa Korporativ Şurasının 7-ci iclasında çıxış edib.

Paraqraf.com-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, o çıxışında xüsusilə bildirib:

“Sülh — inkişafın qurulduğu və cəmiyyətin çiçəkləndiyi əsasdır.

Onilliklər davam edən münaqişədən sonra Ermənistan öz yanaşmalarını yenidən dəyərləndirdi və sülhün təmin olunmasını prioritetə çevirdi. Yalnız belə bir konsepsiya artıma, inkişafa və insanları yoxsulluqdan qurtarmağa xidmət edir.
Təxminən bir ay əvvəl Ermənistan, Azərbaycan və ABŞ liderləri Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülhün təmin olunması və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişi ilkin imzaladılar, həmçinin sülh prosesi ilə bağlı üçtərəfli bəyannamə qəbul etdilər. Bu mühüm addım ABŞ prezidenti Donald Trampın şəxsi iştirakı və onun administrasiyasının ardıcıl səyləri sayəsində mümkün oldu. Beləliklə, otuz il davam edən münaqişəyə son qoyuldu. Afrika torpağının böyük oğlu Nelson Mandela demişdir: “Hər şey qeyri-mümkün görünür, ta ki, yerinə yetirilənə qədər.”

Sülhün təmin olunması üçün şərait yaradıldıqdan sonra Ermənistan rəhbərliyinin prioriteti müasir, rəqabətqabiliyyətli, iqtisadi cəhətdən inkişaf etmiş və siyasi cəhətdən sabit dövlət qurmaqdır. Bizim ən böyük sərvətimiz — təhsilli, zəhmətkeş və qanunlara hörmətlə yanaşan cəmiyyətdir”.

Türkanə Səfərova, Paraqraf.com

Loading

Author

redaktor

Follow Me
Other Articles
Previous

Quterreş Bakü və İrəvan arasında sülh razılaşmaları barədə

Next

Rubio: “Azərbaycan–Ermənistan məsələsi Trampın sayəsində həllini tapdı”

Copyright 2026— Praqraf.com. All rights reserved