“Biz ilk gündən Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına çağırmışıq. 8 avqustda iki ölkə arasında davamlı sülhün qurulmasına yol açan addımların atılmasından məmnunuq”.
Paraqraf.com xəbər verir ki, bunu BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksək səviyyəli debatlarda çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu prosesə töhfə verən Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın Baş naziri Nikol Paşinyanı və ABŞ Prezidenti Donald Trampı bir daha təbrik etmək və onlara minnətdarlığımı bildirmək istəyirəm”, – Türkiyə lideri bildirib.
Türkanə Səfərova, Paraqraf.com
![]()
Visited 7 times, 1 visit(s) today
