Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Əlilliyi olan qadın və qızların xidmətlərə çıxışını genişləndirən layihə başa çatdı
CƏMİYYƏTÖZƏL

Əlilliyi olan qadın və qızların xidmətlərə çıxışını genişləndirən layihə başa çatdı

23 Sentyabr 2025 1 Min Read
PAYLAŞIN:

BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun maliyyə dəstəyi, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin 3 illik icra müddəti yekunlaşıb.

Cəmiyyətin sədri Məhluqə Rəhimovanın sözlərinə görə, layihənin məqsədi əlilliyi olan qadın və qızların dövlət və ictimai xidmətlərə çıxış imkanlarını və xidmətlərin keyfiyyətini artırmaq olub. Bu dövrdə Bakı, Gəncə, Quba-Xaçmaz bölgələrində minlərlə qadın və qız faydalanıb, dövlət qurumları ilə əməkdaşlıq möhkəmləndirilib.

Ümumilikdə 692 dövlət qulluqçusu, müəllim, həkim və sosial işçi etik ünsiyyət, emosional intellekt və stressin idarə olunması mövzularında təlimlərə qatılıb. Onlardan 295 nəfəri peşəkar bacarıqlarının yaxşılaşdığını bildirib. Nəticədə 1,600-dən çox qadın və qız göstərilən xidmətlərin keyfiyyətindən birbaşa faydalanıb.

Layihə çərçivəsində 9 çoxtərəfli görüş, 26 icma seminarı təşkil olunub, 4,300-dən çox qadın və qız cəmiyyətin onlara münasibətində müsbət dəyişikliklər hiss edib. İlk dəfə olaraq dövlət qurumlarında əlilliyi olan şəxslərlə etik ünsiyyətə dair təlimat hazırlanaraq tətbiq olunmağa başlanıb.

Media fəaliyyəti də mühüm yer tutub: 288 material hazırlanıb, 19,500 tamaşaçıya yayımlanan televiziya proqramları ilə mövzu ictimaiyyətə çatdırılıb.

Yekun olaraq, layihə əlilliyi olan qadın və qızların bərabər hüquqlara, inklüziv xidmətlərə və ləyaqətli münasibətə çıxışında mühüm irəliləyiş yaradıb. Tərəfdaş qurumlar bu modelin ölkə üzrə genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Rəvanə
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Çıxışı ilə rekord qırdı

Next

“Əziz qardaşım İlham Əliyevi təbrik edirəm”

Copyright 2026— Praqraf.com. All rights reserved