Skip to content
25 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Sentyabr
  • 23
  • BMT Baş Assambleyasının fonunda günün reallığı: Azərbaycan qalib, Ermənistan isə iflas həddində

BMT Baş Assambleyasının fonunda günün reallığı: Azərbaycan qalib, Ermənistan isə iflas həddində

admin 23 Sentyabr 2025 4 minutes read
IMG-20250923-WA0034
PAYLAŞIN:

Bu gün Nyu-Yorkda yerləşən BMT-nin mənzil qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində yüksək səviyyəli ümumi debatlara start verilir. Adətən belə debatlarda dövlət başçıları və hökumət nümayəndələri beynəlxalq gündəmdəki əsas çağırışlara münasibət bildirirlər. Dünyanın hazırkı vəziyyəti isə heç də sabitlikdən xəbər vermir:

— Rusiya-Ukrayna müharibəsi davam edir;
— Qəzzada qanlı qırğınlar hələ də səngimir;
— Çinlə Tayvan arasında hərbi-siyasi gərginlik artır;
— beynəlxalq münasibətlərdə yeni güc mərkəzlərinin toqquşması müşahidə olunur.

Amma bütün bu fonun içində Azərbaycanın qazandığı tarixi qələbə və bölgədə yaratdığı yeni reallıq diqqət mərkəzindədir.

Əliyevin qələbə diplomatiyası

Prezident İlham Əliyev son illərin əsas siyasi fiquruna çevrilib. 2020-ci ilin 44 günlük müharibəsində əldə olunan zəfərdən sonra 2023-cü ilin 20 sentyabrında keçirilən lokal antiterror tədbirləri Qarabağ separatizminə birdəfəlik son qoydu. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu.

Bu, təkcə hərbi-siyasi uğur deyil, həm də diplomatik qələbədir. Çünki dünya liderləri indi Əliyevin qarşısında qalib lideri görürlər. O, Nyu-Yorkda keçirilən Baş Assambleya çərçivəsində bütün dövlət başçılarının yanında başını dik gəzəcək, sözünü deyəcək.

Məğlubiyyətin siması – Paşinyan

Əks tərəfdə isə məğlubiyyətin simvoluna çevrilən Nikol Paşinyan dayanır. Onun 2019-cu ildə söylədiyi məşhur “Qarabağ Ermənistandır, nöqtə” ifadəsi əslində özünə qazdığı qəbir oldu. O qəbirin tabutuna son mismar isə 2023-cü ilin 20 sentyabrında vuruldu.

Bu gün Ermənistan lideri daxildə ciddi təzyiq altındadır. İqtisadi iflas, siyasi parçalanma, sosial narazılıqlar və müharibədə məğlubiyyət onu 2026-cı il seçkilərində şanssız edir. Hətta Qərbin dəstəyi ilə belə, Paşinyanın gələcək siyasi taleyi sual altındadır.

Azərbaycanın humanist mövqeyi

Əliyevin qələbəsi yalnız hərbi gücün nəticəsi deyil. O, həm də humanistlik nümayiş etdirdi – revanşistlərin və qaniçənlərin – Köçəryan, Sarkisyan kimi siyasətçilərin əlində olan “erməni xalqını qurban vermək planlarını” dağıtdı. Əliyev Ermənistan cəmiyyətinə reallığı qəbul etdirdi: bu bölgədə Azərbaycan diktə edir, Ermənistan isə onun şərtləri ilə yaşamağa məcburdur.

Böyük siyasətdə reallıq

İlham Əliyevin yaratdığı reallığı təkcə Paşinyan yox, hətta Donald Tramp belə vaxtilə Ağ Evdə Paşinyana başa salmışdı. İndi isə həmin həqiqəti bütün dünya qəbul edib:

Ermənistan bölgədə diktəçi tərəf ola bilməz;

Qarabağ məsələsi qapanıb;

Cənubi Qafqazda yeni düzən Azərbaycan və Türkiyənin maraqları əsasında formalaşır.

Azərbaycanın strateji üstünlüyü

Azərbaycan üçün Ermənistan rəhbərinin kim olması artıq fərq etmir. İstər Paşinyan, istər Köçəryan, istərsə də Çarukyan – heç birinin Bakının yaratdığı reallığı dəyişmək gücü yoxdur. Əsas məsələ budur ki, Azərbaycan istədiyini aldı: ərazi bütövlüyü bərpa olundu, suverenlik təmin edildi.

Amma bununla iş bitmir. Azərbaycanın hələ geri qaytaracağı tarixi torpaqları var. Bakı uzunmüddətli strateji planla hərəkət edir və bu planın növbəti mərhələləri hələ qarşıdadır.

BMT Baş Assambleyasının 80-ci sessiyası bütün dünya üçün yeni çağırışların müzakirə olunduğu platformadır. Ancaq Azərbaycan üçün bu sessiya qələbə diplomatiyasının nümayişi olacaq. İlham Əliyev orada qalib, güclü və uca başlı lider kimi çıxış edəcək. Ermənistanın isə artıq regiondakı gələcəyini müəyyənləşdirmək imkanı yoxdur.

Azərbaycan yeni mərhələyə qədəm qoyub – qalib dövlət mərhələsinə.

Türkanə Səfərova, Paraqraf.com

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi yekunlaşdı!
Next: Paşinyanın çıxışının siyasi təhlili

OXŞAR MÖVZULAR

b8d8f5e3-cd96-4540-828e-ff0895fd6d74

Deputat və urbanistdən mesaj: “WUF13 Bakını dünyaya çıxaracaq, amma şəhər buna hələ hazır deyil!”

admin 24 Aprel 2026
7cdc4f29-10c4-4572-ad89-68f1178f825b

Turist axını niyə azalır? – Ekspert bahalı aviabiletləri əsas səbəb sayır

admin 24 Aprel 2026
IMG-20260424-WA0016

Sabiq nazir açıq danışdı: “Azərbaycan təkbaşına siyasət yürüdə biləcək qədər böyük deyil”

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

Deputat və urbanistdən mesaj: “WUF13 Bakını dünyaya çıxaracaq, amma şəhər buna hələ hazır deyil!” b8d8f5e3-cd96-4540-828e-ff0895fd6d74

Deputat və urbanistdən mesaj: “WUF13 Bakını dünyaya çıxaracaq, amma şəhər buna hələ hazır deyil!”

24 Aprel 2026
Turist axını niyə azalır? – Ekspert bahalı aviabiletləri əsas səbəb sayır 7cdc4f29-10c4-4572-ad89-68f1178f825b

Turist axını niyə azalır? – Ekspert bahalı aviabiletləri əsas səbəb sayır

24 Aprel 2026
Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir” IMG_5918

Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir”

24 Aprel 2026
Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib iqdTQ73yw3vMrdZsKsC8AvhGJJez5mRs4urkOuHa_1200

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib

24 Aprel 2026
Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib eb802d95-d8d6-377f-a642-56f178998289_1200

Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib

24 Aprel 2026
Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib cY7U9VOGi3Qpu2jq0pjh9M2J2HnrRej2dpm17OTO_1200

Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.