Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Sentyabr
  • 23
  • Bakıya Vyetnamdan çirkli sudan tutulan balıq gətirilir?

Bakıya Vyetnamdan çirkli sudan tutulan balıq gətirilir?

admin 23 Sentyabr 2025 4 minutes read
1758546730108085119468d14b2a18e47
PAYLAŞIN:

Mövsümün açılması ilə bazarlarda müxtəlif növ balıqların satışına başlanılıb. 

Lakin qiymətlərin kifayət qədər yüksək olması bir çox ailənin seçimlərini məhdudlaşdırır. Qida mütəxəsisləri bildirirlər ki, sağlam qidalanmada həftədə azı iki dəfə balıq yemək vacibdir. Bu dövrdə bazarda ən çox rast gəlinən “damba” balıqları diqqət çəkir, lakin alıcılar arasında bu balıqların keyfiyyəti, təhlükəsizliyi və insan orqanizminə faydalılığı ilə bağlı suallar yaranır.

Bu balıqları almağa dəyərmi? 

Onların insan orqanizminə təsiri nə dərəcədə faydalıdır? 

Mövzu ilə bağlı  “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, məhsuldarlığı artırmaq üçün balıqlara xüsusi yemlər, dərmanlar və alqoritmlər tətbiq edilir:

“Canlılarda ən qidalı hesab olunan məhsullar çox vaxt baytarların müdaxiləsinin az olduğu qidalar olur. Halbuki həkimlər yalnız insanları müalicə edirsə, baytar həkimlər bütün canlıların sağlamlığı ilə məşğul olurlar. Araşdırmalara görə, tarix boyu insanlara keçən xəstəliklərin təxminən 75 faizi heyvanlardan keçib. Baytarların nəzarətində olan sahələrdə məhsuldarlığı artırmaq üçün xüsusi yemlər, dərmanlar və alqoritmlər tətbiq edilir. 

Bu səbəbdən “damba” balıqlar həmin proseslərin təsirinə daha çox məruz qalır. Tövsiyə edirəm ki, imkan daxilində “damba” balıqlarına deyil, sərbəst, təbii mühitdə böyüyən balıqlara üstünlük verilsin. Bununla yanaşı, daim eyni növ balıq yemək deyil, müxtəlif növlərdən istifadə etmək məsləhət görülür. Həmçinin balığın yetişdiyi mühit də vacibdir, eyni yerdə yetişdirilən balıqlar əvəzinə, müxtəlif bölgələrdən gətirilən balıqlar seçilməlidir”. 

Onun sözlərinə görə, balıq məhsulları satışa buraxılmamışdan əvvəl yoxlamalardan keçirilir:

“Balıq ilin bütün fəsillərində istehlak üçün faydalı qidadır. “Damba” balıqları da, sərbəst balıqlar da yeməlidir. Lakin sərbəst balıqlar üstün hesab olunsa da, onların da çirklənmiş sularda böyüməsi təhlükə yaradır. Belə hallarda həmin balıqlar damba balıqlarından daha zərərli ola bilər. 

Məsələn, məlumatlara görə, Vyetnamdan çirklənmiş sulardan tutulan balıqlar gətirilir. Bu məlumat hələ dəqiq araşdırılmasa da, qeyd edilməlidir ki, bütün qidalar, o cümlədən balıqlar Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindən keçir və yalnız təhlükəsizlik standartlarına cavab verdikdən sonra bazara çıxarılır”. 

E.Hüseynov qeyd edib ki, bir çox ölkələrdə balıq bazarlarının fəaliyyəti diqqətlə təşkil olunur:

“Azərbaycan dəniz sahili ölkədir, burada balıq bol və ucuz olmalıdır. Mən bir çox okean və dəniz sahili ölkələrdə olan zaman mütləq balıq bazarına gedirəm. Müxtəlif ölkələrdə – Fransada, Türkiyədə, Cənubi Afrikada balıq bazarları diqqətlə təşkil olunur. 

Məsələn, Fransanın Arsel şəhərində balıq bazarı yalnız günorta 12:00-a qədər fəaliyyət göstərir, təzə tutulan balıqlar satışa çıxarılır, sonra bazar bağlanır və təmizlənir. Təəssüf ki, dəniz sahilində yerləşən Azərbaycanda Xəzər balığı bazarı yoxdur. Əgər vətəndaşlar balıq məhsulları ilə bağlı hər hansı problem və ya şübhəli hal görsələr, dərhal 1003 “qaynar xətt” vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələrini tövsiyə edirəm”. 

Gülər

 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: 340 min məhkəmə qərarı: “Banklar qaytarılmayan krediti vətəndaşa yükləyir”
Next: Sosial şəbəkələr: Virtual aləmin acı reallıqları

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
a0s8Yo4BhKMds4DnLmBJ3GMbsddz9q4QgtEacGKp_1200

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

admin 07 Mart 2026
5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.