Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Sentyabr
  • 23
  • 340 min məhkəmə qərarı: “Banklar qaytarılmayan krediti vətəndaşa yükləyir”

340 min məhkəmə qərarı: “Banklar qaytarılmayan krediti vətəndaşa yükləyir”

admin 23 Sentyabr 2025 4 minutes read
1758547696145835468468d14ef0a1b61
PAYLAŞIN:

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məhkəmə qərarları ilə bağlı maraqlı faktlar açıqlayıb. 

Deputat bildirib ki, Azərbaycanda vətəndaşların banklara borcunu qaytarmamasına görə 340 minə yaxın məhkəmə qərarı icra edilməyib:

“Hazırda icra olunmayan məhkəmə qərarlarının əksəriyyəti borc məsələlərilə bağlıdır. Bank vətəndaşın durumunu bilirdi, həmin krediti verəndə də geri qayıtmayacağını bilməli idi”. 

Qeyd edək ki, bu gün banka borcu olan, ancaq işi hələ məhkəməyə getməyən vətəndaşların da sayı kifayət qədərdir və bunlar əsasən istehlak kreditləri ilə bağlı olur. Borcların yaranmasını isə vətəndaşlar əsasən kredit faizlərinin yüksək olması ilə əlaqələndirirlər.

Banklar yüksək faizlə kredit verməklə özlərini müştəri borcundan sığortalayırmı? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli  bildirib ki, burada üst-üstə düşən və praralel gedən bir çox məsələlər var:

“Birincisi, həmin məhkəmə işlərinin əksəriyyəti çox kiçik məbləğlərdir. Qanunvericiliyə görə, onlarda müraciət etmək məcburiyyəti doğur. Hətta 20-100 manata görə müraciətlər də var. Məhkəmə xərcləri heç onları qarşılamır. Burada ilk olaraq limit qoymaq lazımdır ki, banklar hansı məbləğə qədər məhkəmələrə müraciət edə bilər. Yaxud hansı məbləğlərə qədər mediator vasitəsilə, məhkəməyə getmədən bu məsələni həll edə bilər. 

Qanunvericilikdə bu boşluq doldurulmalıdır. İkincisi, faizlərin yüksək olmasıdır. Faizlər yüksək olduğuna görə banklar başqalarının qaytarmadığı krediti belə, vətəndaşlara yükləyir. Məsələn, 10 nəfərə kredit verir və onun biri qayıtmasa, doqquzunun faizi o qədər yüksəkdir ki, bank onsuz da gəlirli çıxır. Banklar o əməliyyatları gəlirlə bitirirlər. Yəni burada bankların faizlərinin yüksək olmasının ciddi rolu var”. 

“Ümumilikdə bankların faizləri niyə yüksəkdir?” 

sualına ekspert belə cavab verib:

“Çünki bizdə banklar arasında ciddi şəkildə rəqabət problemi var. Bizdə 4-5 dominat, həddindən artıq bazar payına malik banklar var. Onların davranışları bütün bank sisteminə təsir edir. Onlar istər kredit, istərdə də depozit faizlərində dominant rol oynayırlar. 

Üçüncü  məsələ odur ki, depozit faizlərini qaldırdılar ki,  əksər banklarda 10 faiz civarındadır. Depozit faizləri qalxan kimi kredit faizləri də yüksəldi”. N.Cəfərli deyir ki, depozitlərin qalxması inflyasiyanın yüksək olması ilə əlaqədardır:

“Vətəndaş banklara maraq göstərmir və gedib valyuta alıb evində saxlayır. Bu da valyuta bazarına basqı yaradır. Yəni burada o qədər çox bir-birinə bağlı problem var ki, onların ardıcıl olaraq həllinə ehtiyac var. Yalnız banklarda, vətəndaşlarda, məhkəmələrdə günah olduğunu düşünmək, kökündən yalnışdır”. 

Nigar Abdullayeva

 

Loading

Visited 4 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Metroda texniki nasazlıq səbəbindən qatar gecikib
Next: Bakıya Vyetnamdan çirkli sudan tutulan balıq gətirilir?

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
a0s8Yo4BhKMds4DnLmBJ3GMbsddz9q4QgtEacGKp_1200

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

admin 07 Mart 2026
5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.